15 
Apr
2019
12:23
15
90
2071
Virtual karabakh

“CinemaPlus”da “Hellboy” fantastik filminin nümayişi - FOTO/VİDEO

15 Apr, 2019
12:23
2071

“CinemaPlus”da “Hellboy” fantastik filminin nümayişi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında 2019-cu ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş fantastik janrda olan “Hellboy” filminin nümayişi baş tutub.

Tədbirin qonaqları azərbaycanlı ulduzlar, aparıcılar, rejissorlar, prodüserlər, bloqerlər və KİV nümayəndələri olublar. 

Kinoteatrda DJ dinamik musiqisi ilə furşet masası, alkoqollu və alkoqolsuz içkilər təşkil olunub.

Tədbirin təşkilində dəstək olublar: “Cinemazadeh” dublyaj studiyası, “Keyf-i Dem” restoranı, Red Bull, Gəncə Şərab və “Banketnaya” araqları.

Filmi səsləndiriblər: Aqil M.Quliyev, Hüsniyyə Mürvətova, Gülnarə Zülalova, Kəmalə Piriyeva, Erkin Ergin, Nəcibə Hüseynova, Təranə Ocaqverdiyeva, Vüsal Həci-Qədir, Emin Nəsirli və Rəhim Rəhimov.

Dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissor Samir Ələskərov, səs rejissoru Azad Vəliyev, səs operatoru Agaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Əli-Səttar Quliyev, baş prodüser Cəfər Axundzadədir.

Filmin rejissoru Nil Marşalldır.

Film haqqında qısa məlumat: Hellboy Merlinin həyat yoldaşı olan Qanlı Kraliça ilə görüşmək üçün İngiltərəyə yola düşür. Dünyanın taleyi bu döyüşün nəticəsindən asılıdır.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sizi sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri