18 
Apr
2019
16:08
50
46
3473
Virtual karabakh

“Azercell”dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik

18 Apr, 2019
16:08
3473

“Azercell”dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin mobil rabitə sahəsinin lideri Azercell rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yeniliyə imza atıb. Belə ki, yeni layihə sayəsində nömrələrin sadə fiziki sim-paketlərə bağlılığı tamamilə aradan qaldırılıb. Aprel ayının 16-dan etibarən Azercell-in ÖM və MX ofisləri, həmçinin diler və distributor şəbəkəsi nömrələrin satışını mərkəzləşdirilmiş www.azercellim.com onlayn bazasının köməyilə həyata keçirə bilir.

Qeyd edək ki, Azercell nömrəsi əldə etmək istəyən hər bir kəs istəyinə uyğun olan müəyyən bir nömrəni www.azercellim.com saytındakı axtarış bölməsindən tapa bilər. Burada axtarış meyarlarına uyğun gələn nömrə kombinasiyaları təklif edilir.

Nömrələrin satışını onlayn baza vasitəsilə həyata keçirməyə imkan verən yeni layihə nəticəsində 1 milyondan çox mərkəzləşdirilmiş nömrə bazası bütün diler və distributorlar üçün əlçatan olub. Önəmli olan məqamlardan biri də saytdakı nömrə bazasının mütəmadi olaraq yenilənməsidir.

Yeni layihə nömrə paketlənməsində xərclərin azaldılmasına, nömrə satışlarının artmasına, eyni zamanda şəffaf və rəqəmsal biznes infrastrukturunun qurulmasına təkan verir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib.

Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim edib.

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

“Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri