24 
Apr
2019
11:10
178
22
6363
Virtual karabakh

“Şirin Su” hər kəsi ekoloji təmizlik hərəkatına qoşulmağa səsləyir - FOTO

24 Apr, 2019
11:10
6363

“Şirin Su” hər kəsi ekoloji təmizlik hərəkatına qoşulmağa səsləyir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kağız və karton, şüşə və keramika, plastik və rezin, metallar, üzvi kimya məmulatları... Bunların hamısı təkcə müxtəlif cinsli materialların adları deyil, həm də hər gün üzləşdiyimiz tullantı növləridir. Necə, harada, vacib deyil. Fakt, fakt olaraq qalmaqdadır: biz, insanlar özümüz bu tullantıları yaradırıq. Həqiqət isə ondan ibarətdir ki, hər birimiz bu fəaliyyətimizin fəsadlarını və onun ətraf mühitin üzərinə qoyduğu yükün ağırlığını dərk etmirik.

Təəssüf ki, hələ indiyə qədər paytaxtın özündə zibil və qanunsuz tullantı yerləri problemi qalmaqda davam edir. Bir çoxları hətta belə qalıqların mövcudluğuna öyrəşiblər. İnsanlar hər gün zibil üçün nəzərdə tutulmayan yerlərə içində müxtəlif tullantılar olan paketlər  gətirib atırlar və bunun ekologiya üçün nə ilə nəticələnəcəyi barədə düşünmürlər. Bəlkə də onlar Yer planetinin çoxdan çirkləndiyindən xəbərdardırlar, lakin potensial ekoloji fəlakətin miqyasını təsəvvür edə bilmirlər. Bəziləri isə ümumiyyətlə, heç nəyi başa düşmək istəmirlər. Təkcə bizim ölkəyə xas olmayan ekoloji problemlərin həll edilməməsinin səbəbi də məhz buradan qaynaqlanır.

Yaxşı ki, bizdə belə kobud pozuntularla mübarizə aparılır. Xüsusilə sevindirici hal ondan ibarətdir ki, “hücuma keçən zibillə” mübarizəyə təkcə dövlət qurumları və ictimai təşkilatlar yox, həm də ekologiyanın sabahkı vəziyyətinə biganə qala bilməyən sıravi insanlar da qoşulurlar. Bu prosesi hətta bəzi iri kommersiya strukturları da könüllülük prinsipi əsasında dəstəkləyirlər. Məsələn, hər il sentyabr ayının üçüncü şənbə günü təmizlik işləri aparılır, məhz bu gün bütün dünyada sahilboyu ərazilərdə Beynəlxalq təmizlik günü kimi qeyd olunur.   

Bakının Xəzər rayonundakı Mərdəkan qəsəbəsində - düz mavi Xəzərin sahilində, heç sentyabr ayında da yox, məhz apreldə, özəl şirkətlərdən birinin ətraf mühitin vəziyyətinə əməli baxımdan biganə qalmaq istəməyən nümayəndələrini gördük. 

Bazar günü, daha doğrusu, istirahət günü, bütün şəhərin dincəldiyi bir vaxtda növbəti iş həftəsindən əvvəl güclərini bir yerə toplayaraq, “Şirin Su” şirkətinin əməkdaşları dəniz sahilinin tullantılardan təmizlənməsi ilə bağlı aksiya keçirirdi. Bilməyənlər üçün qeyd edək ki, “Şirin Su” – USS GROUP tərəfindən təsis edilən,  məşhur 19 litrlik qablaşdırılmış su brendidir. Bu şirkət yeddi ildən artıqdır ki bazardadır və bu müddət ərzində sözügedən seqmentdə qabaqcıl mövqe tutmağa nail olub.   

Beləliklə, 30-a yaxın insan çimərlik ərazisində xüsusi əlcəklərlə və paketlərlə “silahlandılar”. Onlara çimərlik sahəsinin təmizlənməsində öz övladları köməklik göstərirdi. “Şirin Su” şirkətinin yaşı 60-dan artıq olan əməkdaşları da kənarda qalmamışdılar.

Qızğın iş gedirdi. Tədricən təkcə dənizin sahilindəki ərazi yox, bir qədər aralıdakı sahələr də təmizlənmiş oldu, axı zibil külək vasitəsilə ətraf ərazilərə yayıla bilir...

Aksiyanın nəticələrinə əsasən, çimərlik demək olar ki, 500 kq tullantıdan təmizləndi.  

Bazar günü təmizlik aksiyasına qoşulanlar arasında “Şirin Su” brendinin təsisçisi Elşad Əliyev də var idi.

O bizə bildirdi ki, “Şirin Su” şirkəti yarandığı gündən etibarən belə bir prinsipial mövqeyə sadiqliyini nümayiş etdirir: qablaşdırılmış suyun istehsalı, qablara tökülməsi, saxlanması və istehlakçılara tədarük edilməsi zamanı bütün mövcud standartlara ciddi qaydada riayət olunmalıdır. Buna görə də “Şirin Su” müəssisəsi qida sənayesində tətbiq edilən bütün müasir standartlara və tələblərə cavab verir. Lakin brend əldə etdiyi nailiyyətlərdə kifayətlənmir, məhsullarının daha da təkmilləşdirilməsi üzərində iş aparır. “Şirin Su” şirkətinin mütəxəssisləri qablaşdırılmış su istehsalındakı bütün müasir elmi kəşfləri ətraflı şəkildə öyrənmək üçün aparılan mövcud tədqiqatların nəbzini tutmağa çalışırlar.  

“Şirin Su” brendinin təsisçisi Elşad Əliyevin sözlərinə görə, son elmi nailiyyətlərin istehsala tətbiq edilməsi təkcə biznesin iqtisadi səmərəliliyinin zəmanəti demək deyil, bu həm də ən əsas məqsədə - hər bir müştərinin məmnuniyyətinə nail olmağa imkan yaradır.   

Digər tərəfdən, işə belə bir yanaşmanın mövcud olması, yüksək sosial məsuliyyətə malik olan “Şirin Su” brendinin əvvəlcədən öz qarşısına qoyduğu vacib vəzifəni yerinə yetirniş olur: ümumilikdə dövlətin inkişafına töhfə vermək, o cümlədən, ekoloji rifahın təmin edilməsinə nail olmaq.    

“Bəli, biz bu vəzifəni yerinə yetiririk – istehsalın bütün mərhələlərində ekoloji standartlara riayət etməklə, qablaşdırılmış su buraxırıq, su qablarından düzgün şəkildə istifadə edirik. Lakin Şirin Su təkcə bununla kifayətlənə bilməz. Biz ümumilikdə bioloji ehtiyatların qorunub saxlanmasına öz layiqli töhfəmizi vermək istəyirik, çünki dövlət qarşısındakı məsuliyyət payımızı yaxşı dərk edirik və hər bir insanın təbiətdən nə dərəcədə asılı olduğunu əla başa düşürük. Dünyanın qanunu budur: belə olub, belədir və belə də olacaq. Əgər biz, indiki nəsil, sabahkı günü düşünməsək, bəs kim düşünəcək?”, - E. Əliyev deyir.      

Sözsüz ki, “Şirin Su” şirkətinin əməkdaşlarının səyləri nəticəsində bu günlərdə həyata keçirilən ekoloji təmizlik aksiyası ölkənin rifahına verilən kiçik töhfədir. Şirkətin bu təcrübəni davam etdirmək niyyəti varmı?

Şirkət rəhbəri bildirdi ki, yaxın vaxtlarda “Şirin Su” müsəssisəsinin əməkdaşlarının və bu işə biganə qalmayan insanların köməyi ilə insanların çirkləndirdiyi ərazilərə baxış keçirilməsi və bir neçə istirahət yerinin zibil və tullantılardan təmizlənməsi təmin ediləcək.   

“Bu fəaliyyət müntəzəm olaraq həyata keçirilməyə davam edəcək. Biz təkcə belə aksiyaların davam etdirilməsinin tərəfdarı deyilik. Bu cür təşəbbüslərin daha da çoxalmasının tərəfdarıyıq. “Şirin Su” brendi bütün vətəndaşlarımızı, habelə, həm yerli, həm də əcnəbi kommersiya strukturlarını könüllülərdən ibarət olan bu ekoloji hərəkatımıza qoşulmağa və dünyamızı daha təmiz etməyə səsləyir”, - o qeyd etdi.   

Deyilənlərə nəsə əlavə etmək artıqdır. Lakin bir məqamı diqqətə çatdırmaq yerinə düşər. “Şirin Su” şirkətinin timsalında hər şey aydın olur: bu işdə miqyas vacib deyil. Əsas olan – nəticədir. Bu gün sən yerdəki konfet kağızını götürüb zibil qabına atacaqsan, səhərisi gün başqa bir insan bu cür hərəkət edəcək, saqqız kağızını və ya meyvə şirəsinin qabını zibil konteynerinə tullayacaq. Yəni, düzgün iş görmüş olacaq. Deməli, Yer planetinin iki kiçik yerində təmizliyə riayət olunacaq.    

Bəs niyə belə yerlərin daha çox olması üçün əlimizdən gələni etməyək?   

Üstəlik, onu da öyrəndik ki, “Şirin Su” şirkətinin ekoloji təmizlik aksiyalarına bu işə kömək etmək istəyən bütün insanlar qoşula bilərlər. Belə tədbirlərin keçirilməsi haqqında “Şirin Su” brendinin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində əvvəlcədən məlumat veriləcək. Bu və ya digər suallarla bağlı (+99412) 595-50-20 nömrəsinə zəng edə və ya [email protected] elektron poçt ünvanına yaza bilərsiniz.  

Dünyamızı daha təmiz etməyə hazırsınızmı?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri