24 
Apr
2019
12:25
114
25
2253
Virtual karabakh

Yeni nəsil “Holcim Unikal” sementi ölkəmizdə təqdim olundu – FOTO/VİDEO

24 Apr, 2019
12:25
2253

Yeni nəsil “Holcim Unikal” sementi ölkəmizdə təqdim olundu – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sement istehsalında dünya lideri olan “Holcim Azərbaycan”, su və rütubətdən tam qoruyan, yeni nəsil “Holcim Unikal” sementini təqdim etmək üçün 1-15 aprel tarixlərində ölkəmizin 50-dən çox şəhər və rayonunda geniş miqyaslı təqdimatlar, görüş və tədbirlər keçirib.

“Holcim Azərbaycan”ın Satış və Marketinq komandaları qeyd olunan müddət ərzində Bakı və Sumqayıt ilə yanaşı Bərdə, Cəlilabad, Gəncə, İsmayıllı, Kürdəmir,  Masallı, Quba, Şamaxı, Şəmkir, Şəki və digər regionlara səfərlər edib.

Xüsusi “AQUASTOP” texnologiyasına malik olan, özündə həm sement həm izolyasiya məhsulunu birləşdirən “Holcim Unikal” yeni nəsil sementini  3000-dən çox bənna və usta, 500 pərakəndə satış məntəqəsi və 15 tikinti  materialları bazarına təqdim edib.

Tədbirlərimizdə “Holcim Unikal” sementini özünü bünövrədən tutmuş, hörgü, xarici suvaq işləri üçün əvəzedilməz vasitə, həm sement, həm də izolasiya məhsulunu birləşdirən məhsulun keçirilmiş sınaqlarının video görüntüləri, sınaqdan keçirmiş müştərilərin icmal rəyləri-də təqdim edilib.

Uzun illərdir, ölkəmizin bir çox layihələrini keyfiyyətli və innovativ sement məhsulları ilə təmin edən “Holcim Azərbaycan”ın “Unikal” sementi evinizi su və nəmişlikdən tam qoruyaraq o cümlədən, büdcənizə 50%-dək qənaət etmək imkanı-da yaradır.

Tikinti bazarlarına təşkil olunan təqdimat turu müxtəlif oyunlar və bol hədiyyələrlə yadda qalıb.

Qeyd edək ki, 2012-ci ildə dünyanın aparıcı sement istehsalçısı “Holcim” ölkəmizin birinci Qaradağ sement zavodunu müasir avadanlıqlarla təmin edərək “Holcim Azərbaycan” şirkətini qurub. Bu il zavod 70 illik yubileyini qeyd edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri