May
2019
10:00
117
32
6183
Virtual karabakh

“Zimmer” brendi Azərbaycan bazarına daxil olur

2 May, 2019
10:00
6183

“Zimmer” brendi Azərbaycan bazarına daxil olur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məişət texnikasının istehsalı ilə məşğul olan alman brendi “Zimmer”in yaranma tarixi olduqca maraqlıdır. Hər şey Almaniyanın ali təhsil müəssisələrinin tələbələri olan bir neçə cavanın mərcə girərək, öz əlləri ilə yuyulma sona çatdıqda SMS xəbərdarlığı göndərən bir paltaryuyan maşını qurması ilə başladı. Bir neçə il sonra həmin dostlar dəstəsini müxtəlif növ məişət texnikası istehsal edən alman brendinin yaradılması ideyası birləşdirdi. Amma indi onlar artıq sadə gənclər deyil, müxtəlif sahələrdə işləmiş və təcrübə yığmış cavan mütəxəssislər idi.

Gənclik coşğusu və həyəcanı itməmişdi və o, gənclər qrupunun tərəddüdsüz böyük biznes aləminə daxil olmağına imkan verdi. Brendin adını “Zimmer” qoymağa qərar verdilər, alman dilində bu sözün mənası “otaq” deməkdir. Brendin adı bir-birindən ayrı, bir-biri ilə əlaqələnməyən, uyğun olmayan məişət texnikası deyil, tam əksinə - evinizin məişət texnikası sistemini komplektləşdirən, rahat, keyfiyyətli cihazları istehsal etməsini vurğulayır.

Beləliklə, 2015-ci ildə öz yolunu soba, televizor və tozsoranların istehsalından başlayan “Zimmer” brendi yaranır. Daha sonra bu siyahıya bir neçə növ kiçik məişət texnikası əlavə edilir.

Hazırda “Zimmer” kifayət qədər sürətlə, digər tanınmış brendlərlə uğurlu rəqabət saxlayaraq, inkişaf edir. “Zimmer” məhsullarının istehsalı bir neçə ölkədə, daha dəqiq desək, Almaniya, Türkiyə, Hindistan və Çində həyata keçir.

Gənc brendin rəhbərliyinin öz biznesinə qarşı yanaşmasının əsasında odur ki, həm ölkə daxilində, həm də xaricdəki istehlakçılara uyğun olan, keyfiyyətli alman texnikasının istehsalı üçün uzun bir tarixə ehtiyacı yoxdur. Bundan əlavə, istehlakçıların uzun tarixi üçün hər zaman əlavə xərc ödəməlidirlər. Məhz buna görə, “Zimmer” texnikasının gənc istehsalçıları köhnə PR hərəkətlər etməkdən çox, yenilikçi fikirləri üstün tuturlar və hesab edirlər ki, inkişaf edən müasir texnologiyalar dünyasında uzun hekayələr məişət texnikasının istehsalı üçün deyil, daha çox muzeylər üçün yararlıdır.

2017-ci ildə dünyada unikal bir dövr başlandı ki, eyni zamanda üç nəsil nümayəndəsi çalışır və qazanırlar: X nəsli - 1980-ci ilə qədər anadan olanlar, Y nəsli (ayrı cür desək, mileniallar nəsli) - 1984-1996-cı illərdə anadan olanlar və Z nəsli - 1997-ci ildən sonra dünyaya gələnlər.

Potensial müştərilərin bütün üç nəslinə diqqət yetirən “Zimmer” istehlakçıların ehtiyaclarına cavab verən açıq şirkət olmaq üçün çalışır və buna görə də öz məhsullarını yalnız öz baxışına əsaslanaraq yaradır. Gənc və müasir brend olaraq, potensial müştərilərlə ikitərəfli ünsiyyətdə qalmaq üçün “Zimmer” virtual kommunikasiya sahələrindən fəal şəkildə istifadə edir.

Bu cür yanaşma müştəri auditoriyasını genişləndirmək, məhsullarını tanıtmaq üçün xərcləri optimallaşdırmaq, müasir dünyaya məxsus olduğunu vurğulayaraq, trendə uyğun olmaq və istehlakçılarla yalnız müttəfiq deyil, dost kimi uzunmüddətli münasibətlər qurmaq imkanı verir. Axı “Zimmer”in sloqanı beləcə də səslənir - “Freund für das Leben”, alman dilindən tərcüməsi də - həyat yoldaşı, dost deməkdir.  

“Zimmer” böyük dost komandasıdır. “Zimmer” şirkətinin menecer tərkibinin xüsusiyyətləri cavanlıq, çoxmillətlilik, həyata müasir baxış və mütləq vacib olan texniki təhsildir. Maraqlısı odur ki, “Zimmer” dünyaya yalnız keyfiyyətli məişət texnikası deyil, həmçinin bir çox xoşbəxt ailə verib. Məsələ ondadır ki, “Zimmer”də işləyən bir çox adam burada öz həyat yoldaşlarını tapıb. Şirkətin rəhbərliyi zarafat etdiyinə görə, məhz bu fakt brendə müasir ailənin nəyə ehtiyacı olduğunu hiss etdirir və uyğun olan məişət texnikası yaradılır ki, ailə həyatı qüsursuz olsun. Necə deyərlər, hər zarafatda bir həqiqət var.

“Zimmer” brendi keyfiyyət, rahatlıq, sadəlik, ağıllı komplektasiya və münasib qiymətləri təklif edərək istehlakçıya qarşı müasir yanaşmasını göstərir.

“İnteqral” şirkəti “Zimmer” brendinin Azərbaycanda rəsmi distribütorudur. “İnteqral” - bütün Azərbaycan ərazisini öz məhsulları ilə təmin edən güclü, geniş diler şəbəkəsidir. Onun fəaliyyəti Bakı, Gəncə, Sumqayıt və demək olar ki, respublikanın bütün bölgələrini mağazalar şəbəkəsi və servis xidmətləri ilə əhatə edir. 20 ildən artıqdır ki, “İnteqral” Azərbaycan istehlakçılarını müxtəlif keyfiyyətli məhsullar ilə tanış edir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri