15 
May
2019
11:46
17
56
3405
Virtual karabakh

“Bakcell”in pulsuz 4G İnternet kampaniyası davam edir

15 May, 2019
11:46
3405

“Bakcell”in pulsuz 4G İnternet kampaniyası davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

320 mindən artıq abunəçi “Mənim Bakcellim” mobil tətbiqindən yararlanır.

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti PULSUZ 1 GB kampaniyasını oktyabr ayına qədər uzadıb. Bu ilin mart ayında elan edilmiş kampaniyanın şərtlərinə əsasən, “Mənim Bakcellim” mobil tətbiqetməsini yükləyib öz nömrəsi ilə qeydiyyatdan keçən hər bir “Bakcell” abunəçisi 1 Gb PULSUZ internet trafiki əldə edir.
 
Mobil tətbiqetmə “Google Play” və yaxud “Appstore”dan yüklənilib pulsuz istifadə oluna bilər. Qeyd edək ki, hədiyyə yalnız “Mənim Bakcellim”də ilk dəfə qeydiyyatdan keçən abunəçilərə təqdim olunacaq. Kampaniyada iştirak edib PULSUZ internetdən yararlanmaq üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartı ilə təmin olunmalıdır.

Kampaniyanın müddətinin uzadılması Android və iOS platformalarında istifadə üçün nəzərdə tutulmuş “Mənim “Bakcell”im” rəqəmsal internet portalı və tətbiqetməsinin uğurları ilə bağlıdır. Belə ki, 2018-ci ilin fevral ayında istifadəyə verilmiş “Mənim “Bakcell”im” tətbiqetməsini cəmi bir il ərzində 320 mindən çox “Bakcell” abunəçisi yükləyib və bu rəqəmsal kanal üzərindən uğurla həyata keçirilmiş aylıq əməliyyatların sayı 30 minə çatıb. Tətbiqetmə abunəçilər arasında böyük rəğbət qazanıb, onun “Google Play” və “Appstore”da reytinqləri isə çox yüksəkdir.

“Mənim “Bakcellim” abunəçilərə məlumat mərkəzinə zəng etmədən və müştəri xidməti mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək imkanı verir. “Mənim “Bakcellim” istifadəçilərə maksimum şəffaflıq və rahatlıq, zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət imkanı və hətta onlayn çat kimi üstünlükləri təqdim edir. Qeyd edək ki həftənin 7 günü, günün 24 saatı ərzində fəaliyyət göstərən və 20 saniyəlik ilk cavab vaxtını təmin edən onlayn çat funksiyası üzərindən hər ay 7000 nəfərdən çox müştəri sorğusu emal olunur.

“Mənim “Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün aşağıdakı linklərdən yükləmək olar:

http://bit.ly/MenimBakcellim_android
http://bit.ly/MenimBakcellim_IOS

“Bakcell” özünün rəqəmsal müştəri xidməti kanalını daha da inkişaf etdirəcək və müştəriləri daha üstün istifadə təcrübəsi və daha geniş təhlükəsizlik imkanları ilə təmin etmək məqsədilə yaxın gələcəkdə “Mənim “Bakcellim” applikasiyasına yeni maraqlı və faydalı funksiyalar əlavə edəcək. 

“Bakcell” haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell“ şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-“Bakcell” abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri