30 
May
2019
15:56
27
137
3962
Virtual karabakh

“CinemaPlus”da “Playboy əməliyyatçı” filmi - FOTO/VİDEO

30 May, 2019
15:56
3962

“CinemaPlus”da “Playboy əməliyyatçı” filmi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinemazadeh” studiyasının 2019-cu ildə olunmuş peşəkar dublyajı ilə “Playboy əməliyyatçı” fransız komediyasının öz dilimizdə nümayişi keçirilib.

Tədbirin təşkilində dəstək olublar: “Cinemazadeh” dublyaj studiyası, “Cinema Distribution”, “Basilur”, “Fresh Azcake” və “Ceylan MMC”.

Filmi səsləndiriblər: İslam Mehrəliyev, Oksana Rəsulova, Allahverdi Yolçiyev, Emin Nəsirli, Erkin Ergin, Vüsal Həci-Qədir, Vüqar Hüseynov, Samir Ələskərov, Azadə Abbasova, Rəhim Rəhimov, Yasamən Malik, Kamilla Babayeva, Azər Aydəmir, Gülnarə Zulalova, Günel İmanova, Nicat Ələskərov, Aysun Ələskərova və Aynur Axundzadə.

Dublyajın rejissoru Samir Ələskərov, redaktoru Vüqar Hüseynov, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağamalik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru Filipp Laşodur.

Baş rollarda: Filipp Laşo, Elodi Fontan və Pamela Anderson.

Film haqqında qısa məlumat: Niki Larson - super xəfiyyə və dünyanın ən güclü cangüdənidir. Onu çox təhlükəli bir missiya gözləyir - oğurlanmış parfümü tapmaq, hansı ki, onu istifadə edən hər kəsi əks cins üçün cəlbedici edir...

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sizi sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri