İyn
2019
10:30
47
76
4435
Virtual karabakh

“Xalq Bank”dan unikal kredit təklifi

4 İyn, 2019
10:30
4435

“Xalq Bank”dan unikal kredit təklifi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qloballaşan dünyada biznes proseslərinin sürətləndiyi bir zaman tərəfdaşlar arasında etibar və güvənliliyin artırılması, vaxt itkisi və biznes risklərinin minimallaşdırılması, hesablaşmaların təhlükəsizliyi amilləri son dərəcə aktuallaşır.

Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün ən geniş istifadə olunan məhsul akkreditivdir. ASC “Xalq” Bankının beynəlxalq təcrübədə geniş istifadə olunan rahat, əlverişli və təhlükəsiz akkreditivin cazibəliyini artıran unikal təklifi iş adamlarının ürəyincə olacaq.

Belə ki, bank müştərilərinə beynəlxalq ticarətin maliyyələşdirilməsi, idxal əməliyyatları üçün akkreditiv təyinatlı kredit təklif edir. 500 000 manat və ya 300 000 ABŞ dolları məbləğində bərpaolunan kredit xətti şəklində təqdim edilən kredit akkreditiv üzrə ödəniş tarixindən dörd ay müddətinə verilir.

Ənənəvi kredit məhsulları ilə müqayisədə bu kreditin əsas üstünlüyü onun olduqca əlverişli faiz dərəcəsindədir - xətt Azərbaycan manatı ilə illik 8 faiz, ABŞ dolları ilə 4 faizlə təklif olunur.

Akkreditiv - satıcı tərəfindən malın göndərilməsi, akkreditivdə nəzərdə tutulan digər şərtlərinin tam olaraq yerinə yetirilməsi və müvafiq sənədlərin təqdim edilməsi müqabilində akkreditivdə qeyd edilən məbləğin satıcıya ödənişini təmin edən bank xidmətidir.

“Xalq Bank” müştərilərə müxtəlif növ akkreditivlər təklif edir. Bank bu sahədə dünyanın tanınmış 1-ci dərəcəli bankları ilə əməkdaşlıq edir. Bank akkreditivlər üzrə məlumatların verilməsi, müştərinin ehtiyaclarına uyğun akkreditiv növünün seçilməsi, müqavilənin tərtib edilməsi sahəsində tam konsaltinq dəstəyi göstərir.

Xalq Bankın xidmət və məhsulları, aksiya və kampaniyaları haqqında ətraflı məlumatı www.xalqbank.az saytında və ya 138 Məlumat Mərkəzinə zəng edib əldə etmək olar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri