18 
İyn
2019
13:45
27
94
3670
Virtual karabakh

“Azercell”dən möhtəşəm rəqəmsal şou

18 İyn, 2019
13:45
3670

“Azercell”dən möhtəşəm rəqəmsal şou

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 21-də Heydər Əliyev Mərkəzinin parkında Emin “Azercell”in yeni brend kimliyinin açıqlanmasında iştirak edəcək. Giriş sərbəstdir.

Azərbaycanın telekommunikasiya sektorunun lideri və mobil rabitə istifadəçilərinin əsas seçimi olan “Azercell” fəaliyyətinin yeni rəqəmsal dövrünə başlayır. İyunun 21-i Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək böyük tədbirdə “Azercell” bütün dünyaya dinamik telekommunikasiya bazarının tələblərinə uyğun olan yeni brend kimliyini təqdim edəcək.

“Azercell” bu mühüm günün sevincini bütün ölkə ilə paylaşacaq. Odur ki, dünyaca məşhur müğənni və bəstəkar, “Jara” beynəlxalq musiqi festivalının təşkilatçısı Emin Ağalarovun iştirakı ilə keçiriləcək və rəqəmsal dünyanın yeniliklərini Azərbaycana gətirəcək ilin ən valehedici şousuna giriş sərbəstdir!

Azərbaycanın telekommunikasiya sahəsi üçün olduqca əlamətdar bu gündə məşhur şoumen Murad Dadaşovun aparıcılığı ilə baş tutacaq tədbirdə Emin ilə səhnəni Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustafayev, Elnarə Xəlilova, Elşad Xose, DJ Tim və “Nero Dance” rəqs qrupu bölüşəcəklər.

Biz yeni rəqəmsal dövrümüzə sizinlə addımlamaq və fəaliyyətimizin tarixi günü kimi qeyd ediləcək bu günü hər birinizlə paylaşmaq istəyirik! Musiqinin sehrinə qapılacağınız bu şouda rəqəmsal gələcəyi “Azercell” ilə qarşılayaq!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99.1 faizini (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.

2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radiosiqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri