19 
İyn
2019
17:00
20
102
3044
Virtual karabakh

“IDEAL” məşhur brendin kapsul kolleksiyasını təqdim etdi - FOTO

19 İyn, 2019
17:00
3044

“IDEAL” məşhur brendin kapsul kolleksiyasını təqdim etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyun ayının 15-də Azərbaycanda rəsmi nümayəndəsinin “IDEAL Perfumery & Cosmetics” mağazalar şəbəkəsinin olduğu “Micallef” brendinin sahibi Martina Mikallef və rəssam Marianna Venderboş ilə VIP müştərilərin, jurnalistlərin və bloqerlərin görüşü baş tutub.

“Gazelli Art House”da keçirilən tədbirdə “M.Micallef” brendinin kapsul kolleksiyası, eləcə də, brendin ətir şüşələrinin üzərində naxışları yerləşdirilən holland rəssamı Marianna Venderboşun əsərləri qonaqlara təqdim edilib.

“Maison Micallef” - unikal məhsulların selektiv seriyasını təqdim edən məşhur parfüm brendidir. Tarixi Qrass şəhərində 1996-cı ildən start götürən brendin dünyanın 75 ölkəsində 900-dən çox satış məntəqəsi mövcuddur.

Qeyd edək ki, “IDEAL Perfumery & Cosmetics” yalnız özünü təsdiq etmiş təchizatçılarla əməkdaşlıq edir və müştərilərinə yalnız orijinal məhsulları təqdim edir. “IDEAL” mağazalar şəbəkəsi 1999-cu ildə təsis edilib. 2 ən böyük filialı “Gənclik mall” və “Nefmall”da yerləşən mağazalar şəbəkəsi Bakı, Sumqayıt və Naxçıvanda da filiallarla təmsil olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri