21 
İyn
2019
14:00
110
52
3114
Virtual karabakh

“Ulduz” bulvarda istehlakçılara öz məhsullarını təqdim edəcək - FOTO

21 İyn, 2019
14:00
3114

“Ulduz” bulvarda istehlakçılara öz məhsullarını təqdim edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün başlayan və üç gün davam edəcək “Organic Food Festival”a “Ulduz” Şokolad Fabriki bütün şokoladsevərləri dəvət edir.

21-23 iyun tarixlərində ölkədə ilk dəfə keçiriləcək “Organic Food Festival” tədbirində iştirak edən və 20 ilə yaxındır ki, öz istehlakçılarına müxtəlif satış nöqtələrində xidmət göstərən fabrik bu dəfə onlara birbaşa özü xidmət göstərəcək.

Dünyanın şokolad eksperti sayılan Belçikanın “Barry Callebaut” firması ilə əməkdaşlıq edən “Ulduz” Şokolad Fabriki festival zamanı öz istehlakçılarına və bulvarın qonaqlarına müxtəlif çəki şokoladları, konfetlər, batonlar, hədiyyəlik qutular və s. təqdim edəcək.

Fabrikin sərgiləcəyi əsas məhsul “FAVO” batonlarıdır, hansı ki, natural və az kalorili hesab olunur. Tərkibindəki taxıl bitkiləri və az miqdarda xalis şokolad kütləsinə görə sağlam qidalar kateqoriyasına daxil olan “FAVO” batonları iki çeşiddə - şokoladlı və portağallı təqdim olunacaq.

Bundan başqa, festival iştirakçılarına “Ulduz” stendində “Xonça”, “Tango”, “Coco ulduz”, “Sweet” kimi südlü və xalis şokolad örtüklü şokolad konfetləri, jele tipli konfetlər və karamellər də təqdim ediləcək. O da qeyd olunmalıdır ki, “Ulduz” Şokolad Fabriki 28 May Cümhuriyyət Gününə özəl olaraq ənənəvi Belçika texnologiyası əsasında hazırladığı, yeni “Azərbaijan Chocolate” və “I Love Azerbaijan Chocolate” kimi premium hədiyyəlik qutularının da satışını təşkil edəcək.

Məhsullarının ekoloji baxımdan təhlükəsiz və sağlam qida olduğuna zəmanət verən fabrik İngilis Pərakəndəçilər Birliyi və Beynəlxalq Qida Standartlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, həm də “Halal qida”, “Kocher” kimi sertifikatlar əsasında fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri