24 
İyn
2019
10:30
19
74
3871
Virtual karabakh

“Shop.az” ilə “Kliklə, gəlsin!”

24 İyn, 2019
10:30
3871

“Shop.az” ilə “Kliklə, gəlsin!”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Shop.az” saytı istifadəçilərindən soruşduq: 24 saat işləyən və evinizə qədər gələn “Shop.az” saytını 1 cümlə ilə ifadə edin, desək? Kimi dedi ki, “Shop.az” əlinin altında olan elektron platformadır. Kiminə görə fərqli mağazalardan rahat seçim imkanıdır. Vaxta qənaət edən onlayn alış-veriş mərkəzi deyən də oldu. Alıcıları satıcılarla qovuşduran onlayn vitrin söyləyən də. Bizə görə isə “Shop.az” arzularınızı reallaşdıran qızıl balıqdır. Lap nağıllardakı kimi: “Sən “Shop.az”dan istə, o gerçəkləşdirsin!”.

Bir sözlə, səndən seçmək, “Shop.az”dan çatdırmaq! Hara? Haradasınızsa, ora! Evinizə, ofisinizə, tıxacdasınızsa, birbaşa maşınınıza, bağınıza, rayonunuza. Şişirtmirik, sadəcə “Shop.az” hər zaman olduğu kimi biz alıcıları təəccübləndirməyi bacarır!

Yayın qızmar çağında dost-tanışlardan, elə ev əhlindən də az eşitmirik ki, bircə axşam tez düşəydi, hava sərinləyərdi, gedərdik mağazalarda alış-veriş etməyə. Bax elə ona görə də “Shop.az” yay mövsümündə hər kəsin ürəyini sərinlədəcək möhtəşəm kampaniyaya start verdi. Yayın cırhacırında nə yollara düşməyə, nə iri ticarət mərkəzlərini gəzməyə, nə də kassanın qarşısında növbədə dayanıb yelpiklə sərinləyə-sərinləyə “gəl bu istidə bir də evə qayıt” deməyə ehtiyac qalmadı.

İndi “Shop.az” 200-dən çox mağazanı, 200.000-dən çox məhsulu bir kliklə evinizə qədər gətirir. Özü də pulsuz çatdırma ilə. Məhsulunuz sizə gələnə qədər inanın, nə mövsüm dəyişəcək, nə yaşınızın üstünə yaş gələcək. Çünki “ildırım sürətli çatdırma” “Shop.az”ın əsas prinsiplərindəndir. Odur ki, siz “Shop.az”a klikləyin, sifarişinizi verin, aldıqlarınızı qısa zamanda və ya elə həmin gün qapınızda bilin.



Bakıdan kənardasınızsa, “Shop.az”ın “vaxtınıza və cibinizə qənaət edir” prinsipi işə düşür. Necə? Paytaxtın ayrı-ayrı nöqtələrinə səpələnmiş mağazaları bir yerdə cəmləyən “Shop.az” indi regionlarda da rahat alış-veriş etmək imkanı yaradır.

Siz onlayn ticarət platformasını gəzirsiniz, məhsulunuzu seçirsiniz və bir kliklə sifarişiniz yaşadığınız bölgəyə gəlir. Bir sözlə, “adam tapsaydım, gələndə aldığımı özü ilə gətirərdi”, “ütünü avtobusa qoyarsan, vağzala çatanda gedib götürərəm” cümlələrini rəfə qoymağa çalışırıq. “Shop.az” ilə seçdiyin qapına gəlsin”, “Sən seç, “Shop.az” gətirsin” cümlələrini isə tozlu rəflərdən tapıb, sizi razı salacaq formada təqdim edirik.

Biz iri, çoxmərtəbəli ticarət mərkəzlərini niyə sevirik? Çünki orada həm eyni məhsulun çeşidlərindən çox olur, həm də xalçasından televizoruna, paltarından mebelinə kimi fərqli məhsulları bir yerdə görürük. Ona görə də corab almaq adı ilə evdən çıxan dostumuzun tozsoranla evə qayıtması bizi təəccübləndirmir. İndi təsəvvür edin ki, hər hansı bir ticarət mərkəzində bu cür mağazaların sayı maksimum 50-dirsə, “Shop.az” sizə 200-dən çox mağaza və onun min qatı sayında məhsullar təklif edir.

Məhsulların çeşidinin çox olmasında isə “Shop.az”la əməkdaşlıq edən mağazaların - satıcıların böyük rolu var. Satıcı demişkən, yuxarıda qeyd etdiyimiz cümlə yadınızdan çıxmayıb ki? Bir də xatırlayaq:

“Shop.az” alıcılar ilə satıcıları qovuşdurur”. Mağazalarınızın onlayn vitrinini yaratmaq istəyirsinizsə, biznesinizi yeni mərhələyə ötürmək üçün “Shop.az”dan başlaya bilərsiniz.

İndi isə gələk məhsulların keyfiyyətinə. Nə yalan deyək, onlayn alış-veriş dramını çoxumuz yaşamışıq. Aldığımız don kofta da çıxıb, seçdiyimiz fotoaparatın yerinə qutuya doldurulmuş kağız parçalarının qoyulduğunu da az görməmişik. “Shop.az” buna çözüm olaraq nə təklif edir? Həm satıcıların, yəni aldığınız məhsulların sahiblərinin, həm də özünün zəmanətini. Yəni əgər onlayn vitrinə məhsulunu qoyan satıcı (red. mağaza) öz məhsulunun keyfiyyətini beş dəfə yoxlayırsa, “Shop.az” da on üstünə gəlir. Əlavə olaraq, məhsulun müxtəlif rakurslardan olan yüksək keyfiyyətli və real (alıcıların ən çox soruşduğu sual: “real fotosu varmı?”) şəkilləri hər zamanki kimi saytda yerləşdirilir. Daha yaxşı seçim etməyiniz üçün isə detallı informasiyanı məhsulun aşağısındakı təsvir hissəsindən oxuya bilərsiniz.



Evdən çıxmadan alış-veriş etmək? İsti-isti kampaniyalardan, cib yandırmayan endirimlərdən tez xəbər tutmaq? Məhsullarınızı “Shop.az”da satmaq istəyirsiniz? Bir kliklə istəyiniz “Shop.az”da gerçəkləşir! Siz seçin, “Shop.az” gətirsin!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri