24 
İyn
2019
11:58
149
45
4502
Virtual karabakh

“Baku Electronics” Lənkəranda - FOTO

24 İyn, 2019
11:58
4502

“Baku Electronics” Lənkəranda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elektronika və məişət texnikası bazarında liderlərdən olan “Baku Electronics” sayca 15-ci mağazasını Lənkəran şəhərində istifadəyə verib.

Lənkəran şəhəri, Qala Xiyabani küçəsində yerləşən mağaza 500-dən çox məhsulun satışını həyata keçirəcək. Lənkəran şəhərinin 52 mindən çox sakininə xidmət göstərəcək mağazada 100-dən çox markanın elektronika və məişət məhsulları təklif edilir. Alıcıları bol çeşid və endirimli qiymətlər ilə yanaşı müxtəlif kampaniyalar gözləyir.

Ölkəmizin elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən olan “Baku Electronics” 1994-cü ildən fəaliyyət göstərir. 60-dan çox xarici brendin rəsmi distribütoru olan “Baku Electronics”in hal-hazırda 15 mağazası fəaliyyət göstərir ki, bunlardan 6-sı Bakı şəhərində digərləri isə Sumqayıt, Şəmkir, Quba, İsmayıllı, Gəncə, Mingəçevir və Lənkərandadır.

Yaxın zamanda Mərdəkanda, Şəkidə və digər bölgələrdə yeni mağazaların açılışı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri