24 
İyn
2019
11:30
73
24
8212
Virtual karabakh

“JYSK”: “Ev üçün hər şey” beynəlxalq mağazalar şəbəkəsinin açılışı - FOTO

24 İyn, 2019
11:30
8212

“JYSK”: “Ev üçün hər şey” beynəlxalq mağazalar şəbəkəsinin açılışı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 22-də Azərbaycanın paytaxtında ilk dəfə olaraq Skandinaviya brendi olan “JYSK” adlı birinci mağazanın açılışı həyata keçirilib. Burada “Ev üçün hər şey” kateqoriyasında olan mallar alıcılara təqdim olunub.

“JYSK” geniş çeşiddə mallar təklif edərək hər bir evdə giriş qapısından yataq otağınadək rahat atmosferin yaradılmasında köməklik edə bilər. Bütün lazımlı malları bir məkanda əldə etmək mümkündür: yataq dəstləri, yastıqlar, təbii və sintetik örtüklər, süfrə və dəsmallar, ev və bağ üçün mebel, gecə çıraqları (lampaları), şamlar və s. Bu da hər bir evdə rahatlıq və gözəllik yarada bilər. “JYSK” dünyada çox məşhur brenddir və dünyada hər həftə iki yeni mağazası açılır, ümumilikdə 50 ölkədən çox və sayca 2800-dən çox mağazaları dünyada fəaliyyət göstərir.

Hər ay “JYSK” mağazalarında demək olar ki, bütün çeşidlərə endirimlər olunur: ev və ofis mebelləri, tekstil, döşəklər, dekor əşyaları və s. Geniş çeşid hər kəsin axtardığı məhsulları münasib qiymətə və yüksək keyfiyyətlə əldə etməyə köməklik edəcək.

İyunun 28-də saat 10:00-da “JYSK” mağazalar şəbəkəsi sizi Bakı şəh., Binəqədi rayonu, C.Xəndan küç., 3066-cı məhəllə, Tərgül Ticarət Mərkəzinın 2-ci mərtəbəsi ünvanında yerləşən sayca ikinci mağazasının açılışına gözləyir!

Bu müddətə qədər isə hazırda fəaliyyətdə olan və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106 A, “Metropark” Ticarət və Əyləncə mərkəzinin -2 mərtəbəsində yerləşən mağazasında hər kəsi görməyə şaddır!

Ətraflı məlumatı “Facebook” və “Instagram” səhifələrindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri