24 
İyn
2019
14:12
50
227
10244
Virtual karabakh

Bakıda möhtəşəm açılış - “XİMİ Vogue” - FOTO/VİDEO

24 İyn, 2019
14:12
10244

Bakıda möhtəşəm açılış - “XİMİ Vogue” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 21-də tanınmış beynəlxalq Koreya brendinə məxsus life-style mağazalar şəbəkəsi “XİMİ Vogue”nin Azərbaycanda ilk mağazasının açılış mərasimi olub.

Yeni mağaza Bakı şəhərinin mərkəzində, Fəvvarələr meydanı, M.Ə.Rəsulzadə küçəsi 8 ünvanında yerləşir və 3 mindən artıq keyfiyyətli, müasir məhsullar təqdim edir.

Funksionallıq, yüksək keyfiyyət, zəngin çeşid və əlçatan qiymətlər “XİMİ Vogue” mağazalarının qapılarını müştərilərin üzünə açan əsas üstünlüklərdəndir.

“XİMİ Vogue” özəl dizaynları ilə hər mənada həyatınızı daha da canlandırmaq üçün istək və ehtiyaclarınıza yönəldilmiş məhsullarla keyfiyyəti daha uyğun qiymətə sizin üçün gətirir. Bizim marka şəxsi, ev, iş həyatınızda tələbata uyğun olaraq sağlamlıq və kosmetika məhsulları, ev və məişət məhsulları, körpələrinizin ehtiyacları, özəl dizayn məhsulları, butik və çantalar kimi məhsullarla alış-veriş vərdişlərinizi dəyişdirməyi qarşıya məqsəd qoyur.

Mağazaya addım atdığınız andan özünüzü fərqli və daha əyləncəli alış-veriş mühitində tapacaqsız. Bizim markamızın ümumi ideyalarından biri, mağazalarımıza gələn hər bir müştərinin gündəlik həyatında ehtiyaclarını qarşılamaq, daha yaxşı
hiss etdirmək və öz həyat tərzlərini daha da rəngləndirməklə unudulmaz alış-veriş imkanı təmin etməkdən ibarətdir.

“Biz dünyaca tanınmış və sevilən Koreya brendini bakılılara və şəhərimizin qonaqlarına təqdim etmək imkanından məmnunuq. Bu gün bizim məhsullarımız Amerika Birləşmiş Ştatlarında, Avstraliya, Türkiyə, Braziliya, Meksika, Çin, Koreya, Filippin, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və artıq Azərbaycanda da mövcuddur. Bu, bizim Azərbaycanda ilk mağazamızdır və biz böyük ruh yüksəkliyi və əminliklə inanırıq ki, yerli bazarda özünəməxsus yerimizi tuta biləcək və bu sahənin daha da inkişaf etməsinə öz töhfəmizi verə biləcəyik. İnanırıq ki, şəhərimizin sakinləri “XİMİ Vogue”nin müasir dizayn həllərini yüksək qiymətləndirəcək və sevəcəklər”- deyə, “XİMİ Vogue” Azerbaycan”ın icraçı direktoru Fərrux Zeynalov bildirib.

Qeyd edək ki, Koreya brendinə məxsus life-style mağazalar şəbəkəsi “XİMİ Vogue” 2013-cü ildə Asiyada fəaliyyətə başlayıb və bu gün brendin dünya üzrə 1600-dən çox mağazası mövcuddur.

Facebook/Instagram: @ximivogueazerbaijan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri