25 
İyn
2019
10:28
186
23
2629
Virtual karabakh

Həmyerlimiz beynəlxalq universitetin Azərbaycandakı səfiri təyin edilib - FOTO

25 İyn, 2019
10:28
2629

Həmyerlimiz beynəlxalq universitetin Azərbaycandakı səfiri təyin edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az beynəlxalq universitetin Azərbaycandakı səfiri təyin edilən həmyerlimiz Nazim Süleymanovla müsahibəni təqdim edir:

- Dünyanın 1 nömrəli Qonaqpərvərlik məktəbi olan “Les Roches International School of Hotel Management”in Azərbaycandakı səfiri seçilməyinizlə bağlı tarixçəni bölüşməyinizi istərdik.

- “Les Roches”da təhsil almaq, bütün qonaqpərvərlik industriyasında çalışanların arzusudur. Mən təhsilimi 2018-ci ildə “Postgraduate Executive” proqramı əsasında alan ilk azərbaycanlı olmuşam. Təhsil aldığım müddətdə göstərdiyim yüksək nəticələri nəzərə alaraq, 2019-cu ildə “Ambassador of Les Roches in Azerbaijan” adı ilə təltif olundum və bununla fəxr edirəm.

Les Roches Universiteti ilə yanaşı, Glion Universiteti də dünyanın aparıcı qonaqpərvərlik universitetlərinin sıralarına daxildir. Bu universitetlər, İsveçrə modelindən istifadə edərək, praktik dərslərə böyük yer ayırır və tələbələrə beynəlxalq şirkət və otellərdə praktika keçmək üçün imkan yaradırlar.

- Sizin üçün qonaqpərvərlik nədir?

- Qonaqpərvərlik incəsənətdir. Qonaqpərvərlik, insan və təbiət sevgisi, qayğı, vətənpərvərlik hisslərini daşıyan və tərənnüm edən insanlar üçün ideal sahədir. Bu sahə həmçinin perfektsionistlərin cənnətidir-mükəmməl təmizlik, səliqə-səhman, simmetriya…

Qonaqpərvərlik incəsənət olduğu üçün azad fikir, yaradıcılıq və fərqli baxış tələb edir. Ölkəmizdə bu sahə heç də yeni deyil və uğur hekayəsi olanlar bu sahəyə yaradıcı yanaşdıqları üçün uzunmüddətli fəaliyyət göstəriblər.

- Bu sahədə olan biznes sahibləri, həmçinin bu sahəni sevən və gələcəyini bu sahə ilə bağlamaq istəyən insanlarla nə kimi tövsiyələrinizi bölüşmək istərdiniz?

- *Mikromenecmentlə qonaqpərvərlik tərs mütənasibdir! - Təlim keçin, güvənin və azadlıq verin;

* Qonaqlarınızla danışın! - İşçilərinizə qonaqlarla ünsiyyət qurmağı təlim edin və təşviq edin. Mükəmməl xidmət ünsiyyətlə tamamlanır;

*Rəhbərliyin göz önündə, qonaqlara “əlçatan” olun!

*Gördüyünüz işdən zövq alın, onu həvəslə edin! - Həvəslə görülən hər bir iş öz bəhrəsini mütləq verir;

*Özünüzü və işçilərinizi yalnız pulla motivasiya etmək kifayət deyil! - “Emosional əməkhaqqı” daha dəyərlidir;

*Dəyişikliklərə açıqfikirli olun! - Qonaqpərvərlikdə hər gün fərqlidir, özünəməxsusdur;

*Ulduzlar Sizsiniz! - 5 ulduz meyarları binalara deyil, həmin binalarda xidmət göstərən insalara məxsus olmalıdır;

*Unikal olun! - Qonaqlarınızın gözləntilərini aşaraq fərqli təəssüratlarla təəccübləndirin;

*Gördüyünüz işin nəzəriyyəsini öyrənin! - Dünyanın ən yaxşı qonaqpərvərlik məktəblərində təhsil alın;

*Gözlərinizlə gülümsəyin! - Əmin olun ki, qonaqlar səmimi gülüşlə süni gülüşü seçə bilir.

- Ölkəmizdə turizm sektorunun inkişafı ilə bağlı qısaca fikrinizi öyrənmək istərdik.

- Qonaqpərvərlik sahəsini seçməklə doğru addım atdığınıza inanın. Qeyri-neft sektorunun ən uğurlu və qlobal perspektivli sahələrindən biri olaraq qonaqpərvərlik - hotel, restoran, aviasiya, kruiz və media kimi bir çox sahələri əhatə edir. PWC-in “Doing Business Guide and Investing in Azerbaijan” 2019-cu il buraxılışına əsasən, ölkəmiz yanvar-mart ayları ərzində, 151 müxtəlif ölkədən 629.4 min və ya ötən illərlə nisbətdə 12.4 faiz daha çox qonaq qəbul edib.

Qonaqlar 27.4 faiz Rusiya Federasiyası, 22.1 faiz Gürcüstan, 15.8 faiz İran, 11.6 faiz Türkiyə, 4.7 faiz BƏƏ, 1.9 faiz Ukrayna, 1.8 faiz İraq, 14.7 faiz digər ölkə vətəndaşlarından ibarət olub. “F1 Grand Prix” tədbirlərinin 2 il ərzində Azərbaycan İqtisadiyyatına töhfəsi təqribən 280 milyon ABŞ dolları olub.

Ümumilikdə, ölkəmizin 2016-2018-ci illərdə əsas makroiqtisadi göstəricilərin dinamikasına nəzər salsaq, Turizm və İctimai İaşə sektorunda artım faizi 2016-cı ilin 0.1 göstəricisindən 2018-ci ilin yekunlarına əsasən 7.6 faizədək artıb.

Təbii resursları məhdud olan qonşu ölkələrdə qonaqpərvərlik sektorunun iqtisadiyyatdakı payını və inkişaf tempini də əsas götürərək, rəqabət mühitində, ölkəmizdə də bu sahənin mütəxəssislərinin yetişməsinə və ölkəmizə gələn qonaqlara “5 ulduz xidmət” göstərilməsinə, bu yolla qonaqların ölkəmizə yenidən gəlməsinə zəmin yaradacaq “qonaqpərvərlik incəsənəti”nin nəzəriyyəsinin öyrənilməsində fayda vardır.

Qonaqpərvərlik sahəsində aparıcı olan, Les Roches və Glion Universitetlərində təhsil almaqla “Yüksək Pilotaj” əldə etmək istəyənlərə, Azərbaycanda rəsmi nümayəndə olan və bu universitetlərə uğurla qəbul olmaq üçün dəstək göstərən “Prime Education” şirkətinə müraciət etməklərini tövsiyə edirəm.

Əlaqə: +99450 207 21 13
+99412 488 67 85 (ext. 12)
Instagram: https://www.instagram.com/xaricdetehsil_edu/
Facebook: https://www.facebook.com/primeeducation.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri