22 
İyl
2019
16:45
50
91
1851
Virtual karabakh

“Maxi.az” Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edir - VİDEO

22 İyl, 2019
16:45
1851

“Maxi.az” Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elektronika və məişət texnikası satışını həyata keçirən tanınmış hipermarketlər şəbəkəsi yerli kütləvi informasiya nümayəndələri üçün maraqlı hədiyyə hazırlayıb.

Bildiyiniz kimi, jurnalist üçün ən yaxşı hədiyyə - məlumatdır. Jurnalistika günü ərəfəsində “Maxi.az” elektronika və məişət texnikası dükanlar şəbəkəsi Azərbaycan jurnalistləri və bloqerləri üçün qeyri-adi və maraqlı hədiyyə hazırladı.

Ölkəmizin bir neçə veb-saytları və bloqerlər qeyri adi press-tura dəvət aldılar. Bu press-tur zamanı yerli kütləvi informasiya nümayəndələri tanınmış milli brend olan “Maxi.az”ın daxili həyatını gördü və bu müvəffəqiyyətli şəbəkənin bütün daxili quruluşu haqqında ətraflı məlumat əldə etdi.

Ən əvvəl “Maxi.az” şəbəkəsinin baş ofisi olan “İnteqral” şirkətinin ofisi daxilində jurnalistlər üçün ətraflı tur keçirildi. Jurnalistlər “İnteqral” şirkətinin 20 ildən artıq Azərbaycan telekommunikasiya bazarında fəaliyyət göstərdiyi və ölkə daxilində xidmət göstərən multibrend şirkət olduğu, “Integral” şirkətinə məxsus olan “Maxi.az” pərakəndə satış mağazalarınını Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərdiyi və şəbəkənin ən böyük flaqman mağazasının “Ganjlik TM”də yerləşməyi barədə marketinq şöbəsinin meneceri Arzu Mustafayeva tərəfindən məlumat aldılar.

Arzu xanım jurnalistləri şirkətin ən əsas şöbələri və aparıcı menecerləri ilə tanış etdi. Jurnalistlər onları maraqlandıran sualları şirkətin müdiri İlkin Qasımov, kadrlar şöbəsinin baş meneceri İlqar Babazadə, “Call Center” meneceri Kəmalə Əliyeva və Loyallıq proqramı şöbəsi və “Bonus Plus” bonus sistemi meneceri Asif Qurbanova verdilər. Bütün şirkətin fəaliyyəti və fəaliyyətinin əsas istiqaməti - “Maxi.az” şəbəkəsi haqqında geniş məlumat aldıqda jurnalistlər şirkətin əsas fəxri olan Keyfiyyət Akademiyası ilə tanış oldular.

Qeyd edək ki, “İnteqral” şirkətinin Keyfiyyət Akademiyası doğrudan da, unikal qurumdur və respublika ərazisində analoqu mövcud deyil. Burada müasir treninqlər sayəsində sadəcə satıcılar deyil, peşəkar satış məsləhətçiləri hazırlanır, hansılar ki, hər bir müştəriyə vaxtı-vaxtında ən münasib alış-veriş etməyə kömək edərlər. Maraqlı, müasir metodologiya, düzgün psixoloji yanaşma, təchiz edilmiş maket-otaqlar (xüsusilə “Maxi.az” üçün maket-otaq) - bütün bunlar Keyfiyyət Akademiyasına əsl mütəxəssisləri hazırlamağa kömək edir.

Akademiyanın aparıcı treneri Nuranə Əliyeva jurnalistlər üçün “Satış çempionları” adlı tanıdıcı treininq keçirdi. Bu treininq zamanı onlar bir çox yeni məlumat əldə etdilər və satıcı və alıcı arasında qarşılıqlı faydalı ünsiyyət nəticəsində alış-verişin uğurlu olmasını təmin edə biləcək real alətlərlə tanış oldular.

Bayram münasibətilə “Naxış” restoranında dadlı təamlardan sonra isə jurnalistlər qrupu treininq zamanı əldə etdiyi biliklərdən praktikada istifadə etmək üçün “Maxi.az” şəbəkəsinin “Gənclik Mall”da yerləşən flaqman dükanına getdilər.

Burada kütləvi informasiya nümayəndələri “Maxi.az” satış məsləhətçilərinə məxsus olan qırmızı köynəkləri geyinib Keyfiyyət Akademiyasında qazandıqları bütün bilikləri tətbiq etməyə çalışdılar. Onlardan kimlərsə daha böyük müvəffəqiyyətlə çalışa bildi, kimlərsə daha az, amma əsas odur ki, jurnalistlər əmin oldular ki, “İnteqral” şirkəti və ona məxsus “Maxi.az” şəbəkəsi öz işlərində ən böyük diqqəti müştərilərin razı qalmasına və öz işçilərinin inkişafına yönəldir.

Bütün jurnalistlər press-turdan razı qaldılar və Milli mətbuatın 144-cü il dönümünə həsr olunmuş maraqlı, interaktiv və məlumatdolu hədiyyə üçün “İnteqral” və “Maxi.az”a minnətdarlıqlarını bildirdilər.

Bu gün “İnteqral” şirkəti - Bakı, Gəncə və Sumqayıt şəhərləri, həmçinin respublikamızın bir çox bölgələrində satış fəaliyyəti göstərən və keyfiyyətli servis xidməti ilə təmin edən, “Samsung”, “Lenovo”, ZTE, “Huawei”, “Phillips”, “Kenwood”, “Gorenje”, “Delonghi”, “Braun”, “Vitek”, “Polaris”, “Maxwell”, “Rondell” və sair kimi dünya brendlərinin məhsullarını təqdim edən ən böyük çoxbrendli şirkətdir. “İnteqral” “Azercell” şirkətinin ən böyük distribütorudur.

“Maxi.az” “İnteqral”ın uğurlu, iddialı layihəsidir. Bu, geniş təcrübə və yeni ideyaların birləşməsidir. Onların əksəriyyəti hələ Azərbaycanın bazarına tətbiq edilmir.

Rəsmi sayt - https://maxi.az
“Facebook” - fb.com/maxi.az.shop
“Instagram” - @maxiaz.shop
Əlaqə nömrəsi - *0900

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri