26 
İyl
2019
10:00
35
15
2601
Virtual karabakh

“Space Max – Samsung” soyuducuları ilə daha çox məhsulu uzun müddət saxlayın

26 İyl, 2019
10:00
2601

“Space Max – Samsung” soyuducuları ilə daha çox məhsulu uzun müddət saxlayın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oyunlar insanları bilikləndirmir deyirlər, lakin düşünün “Tetris” oyununun bilikləri sizi neçə dəfə dardan qurtarıb, ələlxüxs da mağazadan evə əli dolu gələndə və aldığınız bütün məhsulları soyuducuya yerləşdirmək tələb olunanda.

“Samsung” mühəndisləri yığcam ölçülü, lakin olduqca tutumlu soyuducu ərsəyə gətirmək üçün artıq bir neçə ildir ki, miqyaslı araşdırmalar aparır.  Sözü gedən soyuducunun yaradılmasında ilk cəhdlər 2008-ci ildə baş tutub və bu layihə  “Guggenheim” adlandırılıb.

Məhz bu zaman şirkət məişət və istehsalat üçün nəzərdə tutulmuş, divarları daha incə olan soyuducuların istehsalına start verib. Beləliklə, “Space Max” texnologiyasının köməyi ilə “Samsung”a soyuducu aqreqatlarının daxilində faydalı sahənin artırılması probleminin həllinə bir addım da yaxınlaşdı.

Bu texnologiya soyuducu divarının qalınlığının azaldılması ilə daxili həcmin artırılmasına imkan yaradır. “Space Max” ilə təchiz olunmuş məişət texnikasının tutumu digər buna oxşar aqreqatların həcmindən təxminən 40% daha böyükdür.

Sözügedən yeni “Samsung” soyuducularında soyuğun qorunub saxlanması üçün xüsusi polad lövhə də quraşdırılıb. Soyuducunun arxa divarında yerləşən Metal Cooling polad paneli saxlama sahəsini əlavə soyuducu mənbə ilə təmin edərək dəbli obraz yaradır. 

Bu lövhə sayəsində hətta qapını tez-tez açdıqda belə kameradaxili temperatur daha uzun müddət qorunub saxlanır, optimal hərarət isə daha sürətli bərpa edilir. Metal Cooling texnologiyası stabil temperatur təmin edərək məhsulları maksimal dərəcədə təzə saxlayır.

Həmçinin, burada xüsusi saxlama şəraiti tələb edən məhsullar üçün Fresh Zone adlı sahə də nəzərdə tutulub. Söz gedən zona məxsusi balıq və ət məhsullarının saxlanması üçün əlverişlidir. “Çəkməcəni” xatırladan bu rəfdə qeyd edilən məhsulların uzun müddət ərzində faydalı xüsusiyyətlərinin qorunması üçün optimal hərarət təmin edilir.

“Space Max” texnologiyalı Samsung soyuducuları rəqəmsal kompressor üzərindən işləyir. Digital Inverter səssiz işləmə prosesini, cihazın uzun ömürlülüyünü və enerji sərfiyyatına qənaəti təmin edir. İnvertor kompressoru səssiz işləyək axarlı şəkildə 7 soyutma səviyyəsi üzrə gücü tənzimləyir və bu səbəbdən Samsung soyuducularının qeyd olunan proseslər zamanı “sakit” tərzdə işləməsi təmin edilir.

İşləmə sürətinin müstəqil idarə edilməsi rəqəmsal kompressor hissələrinin köhnəlməsinin azaldılmasına kömək edir və soyuducunun  istismar müddətini artırmağa imkan yaradır ki, bu hal Samsung tərəfindən mühərrikə təqdim edilmiş 10 illik zəmanət ilə sübut olunur.

Digital Inverter tələb olunan hərarətə çatdıqda dərhal minimal işləmə sürətinə keçid alır. Bu bacarığı sayəsində kompressor enerji sərfiyyatını azaldaraq xərclərinizə qənaət edir.

“Space Max” texnologiyalı “Samsung” soyuducuları haqqında əlavə məlumatlar Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton и Optimal mağazalarında əldə edilə bilər.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri