29 
İyl
2019
11:00
70
61
3234
Virtual karabakh

“Baku Electronics” Xaçmazda - FOTO

29 İyl, 2019
11:00
3234

“Baku Electronics” Xaçmazda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elektronika və məişət cihazlarının öncül satış şəbəkəsindən olan “Baku Electronics” öz əhatə dairəsini genişləndirməyə davam edir.

Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 21C-də açılan yeni mağaza Xaçmaz şəhəri ilə yanaşı, bir çox ətraf ərazidə yaşayan sakinlərə xidmət göstərəcək. Mağaza alıcıların bütün elektronika ehtiyaclarını ödəyə bilmək gücünə malikdir. Ən yeni elektronika və məişət cihazlarının bol çeşidini təklif edən mağaza ödəmə rahatlığı və endirimləri ilə alıcılara yüksək xidmət göstərməyi hədəfləyib.

Qeyd edək ki, mağaza məhsul çeşidi və keyfiyyət baxımından paytaxt mağazaları ilə eyni göstəricilərə malikdir.

1994-cü ildən fəaliyyət göstərən “Baku Electronics” hazırda 60-dan çox xarici brendin rəsmi distribütorudur. “Baku Electronics”in artıq 17 mağazası fəaliyyət göstərir ki, bunlardan altısı Bakı şəhərində, digərləri isə Sumqayıt, Şəmkir, Quba, İsmayıllı, Gəncə, Mingəçevir, Lənkəran, Şəki və Xaçmazdadır. Yaxın zamanda digər bölgələrdə də yeni mağazaların açılışı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri