27 
Avq
2019
12:35
13
78
2880
Virtual karabakh

Əsl tələbə alış-verişi necə olmalıdır? - "Kontakt Home"la yeni tədris ilinə hazırlaş

27 Avq, 2019
12:35
2880

Əsl tələbə alış-verişi necə olmalıdır? - "Kontakt Home"la yeni tədris ilinə hazırlaş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabr ayına bir neçə günün qalması artıq bütün şagird və tələbə valideynlərinin alış-verişə hazırlaşması deməkdir. Valideynlər "Ana, mənə noutbuk al", "Ata, yeni dərs ili üçün söz verdiyin smartfonu al" ifadələrini artıq daha tez-tez eşidir.

Tələbələr də haqlıdır. Artıq universitetlər kurs işlərini, referatları əlyazma ilə qəbul etmir, həm də onlardan foto-video ilə zəngin daha müasir təqdimatlar gözlənilir. Üstəlik, çap, kserokopiya və başqa işləri.  Saatlarla kompüter zallarında və çap mərkəzlərində pul və vaxt itirmək əlbəttə ki sərfəli deyil.

Bir tərəfdən də il boyu "söz verilən" smartfon üçün gecə-gündüz demədən oxuyan başqa bir tələbə göz önünə gəlir.  Onun dərdi heç çəkiləcək deyil. Dostlarının arasına keçən ildən qalma telefonla çıxmaq  Çətindir...

Valideynlər də öz növbəsində haqlıdır. Yeni tədris ilinə hazırlıq onsuz da böyük xərc tələb edən prosesdir. Həmin arada övladının digər istəklərini də qarşılamaq üçün isə çox sərfəli təkliflər gərəkdir.

Bu məqamda həm işinizə yarayacaq və büdcənizə xeyli qənaət edəcək, həm də uşaqların arzusunu reallaşdıran yeni  "Back to School" kampaniyası başlayır. Kampaniya çərçivəsində smartfon, noutbuk, printer, və ehtiyacınız olan digər elektronika aksessuarlarının böyük çeşidini istər super endirimli nağd qiymətlərlə, istərsə də kampaniyaya özəl 18 ayadək kredit şərtlərilə əldə edə bilərsiniz.

Məsələn, HP markalı əsl tələbə noutbuku 700 AZN deyil, indi cəmi 470 AZN-ə, dəbli "Xiaomi Mi Play" smartfonu 360 deyil, indi cəmi 299.99 AZN-ə alın. Yaxud artıq öz sözünü demiş "Samsung A10" smartfonu ayda cəmi 19 AZN-dən, "HP LaserJet Pro M102a" markalı lazer printerini 18 aylıq kreditlə ayda cəmi 17 AZN-ə əldə edə biləcəksiniz. Odur ki, tədris ili başlamadan Kontakt Home mağazalarına üz tutun və super sərfəli tələbə təkliflərindən yararlanın!

Kampaniyaya daxil olan məhsulların tam çeşidi ilə tanış olmaq, bu və digər kampaniyalar haqda daha ətraflı məlumat almaq üçün Kontakt Home mağazalarına yaxınlaşa, www.kontakt.az saytına daxil ola və ya *6060 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.

Xatırladaq ki, Azərbaycanın ən tanınmış yerli brendlərindən olan "Kontakt Home" ilk fəaliyyətinə 2005-cil ildə başlayıb. Hazırda şirkətin Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhəri daxil olmaqla, ümumilikdə 24 mağazası fəaliyyət göstərir.

"Kontakt Home" mağazalar şəbəkəsində müxtəlif rəqəmsal texnikanın: mobil və dekt telefonlar, televizorlar, planşetlər, kiçik və böyük məişət texnikasını, kompüter və ofis texnikası, fotoaparatlar, videokameralar, audio və video texnikalar, eləcə də mebel və ev tekstilinin geniş çeşidi təqdim olunur.

Hazırda "Kontakt Home" "Samsung", HOFFMANN, LG, "Gorenje", "Philips", HTC, "Sony", "Braun", "Hansa", "Kenwood", "Redmond", "Russell Hobbs", THOMAS, GIGASET, "Remington", "Toyota", "Delonghi", "Sonorous", "Wexler", "Meizu", "Trust", ELARI, "Medisana", GGMM, "Odoyo", həmçinin, GALA, "Adona", "Calitelli", "Asoda", "Interdesign", "Dstill", "Bysehpa", "Togostyle", "Bellissa", "SarEv" kimi brendlərin rəsmi distribüteridir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri