Sen
2019
10:00
18
32
2895
Virtual karabakh

Yeni "S Pen" ilə qələmlə idarə etmək azadlığını hiss et

6 Sen, 2019
10:00
2895

Yeni "S Pen" ilə qələmlə idarə etmək azadlığını hiss et

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son keçirilmiş "Samsung Unpacked" tədbiri bizlərə eyni anda bir neçə yeni cihaz təqdim edib.

Tədbir çərçivəsində yeni "Galaxy Note10|10+" və "S Pen" stilusuna xüsusi diqqət ayrılıb. Belə ki, yeni "qələm" incə dizaynla işlənərək ucluğunun diametri 0.7 mm olub, 4096 dərəcə basılma gücünü təyin edə bilir. İndi "S Pen" uzaqdan idarə olunma və müxtəlif jestlərin təyin edilməsi funksiyalarını mənimsəyib. Buna misal olaraq sadəcə "S Pen"i saat əqrəbi və ya əks istiqamətdə çevirərək çəkiliş bucağını dəyişmək, səhnəni iri planla qeydə almaq və ya bütün panoramı çəkmək olar.

Sözügedən "qələmin" ən maraqlı xüsusiyyəti də odur ki, o, yalnız kameraları deyil, istənilən əlavələri də idarə edə bilir. Qeyd edilən fotoşəkilləri isə qalereyada "S Pen"i sağa və sola çevirərək sıradakına dəyişdirə və ya öncədəkinə qayıda bilərsiniz.

Qeyd edilən bu yeni uzaqdan idarə etmə funksiyası "S Pen Air" adlandırılır. Jestlər ilə idarə etmə "S Pen"ə quraşdırılmış 3 ədəd sürət sensoru və 3 ədəd heroskopdan ibarət olan altı-oxlu cihaz sayəsində mümkün olub. Sürət sensoları hərəkətin tezliyi haqqında məlumat toplayır, heroskoplar isə əyilmə bucağını müəyyən edərək sadə hərəkətləri "Galaxy Note10" idarə edən komandalara çevirirlər.

Adından məlum olduğu kimi, "S Pen" "qələm" funksiyasını da yerinə yetirməyə qadirdir. 

Belə ki, əl ilə yazılmış mətni təyin edərək stilus onu maşın yazısına çevirə bilir. Həmçinin, "Samsung Notes" əlavəsinin köməyilə "S Pen"in mürəkkəb rəngini seçə və xətt qalınlığını müəyyənləşdirərək öz istəklərinizə uyğun olaraq tənzimləyə və yaddaşda saxlaya bilərsiniz.

Yenilənmiş stilusun köməyi ilə siz asanlıqla cihaza yaxınlaşmadan təqdimatları idarə edə, musiqi səsini tənzimləyə bilərsiniz. Belə ki, "qələm" uzaqdan idarə etmə funksiyasını 10 m qədər olar məsafədən də icra etmək qabiliyyətinə malikdir.  

Qeyd edək ki, "S Pen" 10 saata qədər əlavə yükləmə tələb etmədən işləyə bilir, belə ki, stilus güclü litium-titanat akkumulyatoru ilə təchiz olunub. "Qələmi" yükləmək isə olduqca asandır, stilusu sadəcə Galaxy Note10 üzərində yerləşən xüsusi yuvaya yerləşdirməniz yetərlidir. 

Beləliklə, yenilənmiş "S Pen Air" funksiyası sayəsində "S Pen" stilusu sizə uzaqdan idarə etmə azadlığı bəxş edir. 

"Galaxy Note10", "Note10+" və "S Pen" haqqında əlavə məlumatı "Baku Electronics", "Irshad Electronics", "Kontakt Home", "Maxi.Az", "Soliton" və "Optimal" mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri