12 
Sen
2019
10:00
19
40
2285
Virtual karabakh

“Nargis” Fondunun dəstəyilə “Samsung” tərəfindən təşkil edilmiş “Cinemobile” uşaqları sevindirib

12 Sen, 2019
10:00
2285

“Nargis” Fondunun dəstəyilə “Samsung” tərəfindən təşkil edilmiş “Cinemobile” uşaqları sevindirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Technological Embrace” layihəsi çərçivəsində təşkil edilmiş səyyar kinoteatr regionlarda ilk qonaqlarını sevindirib. Belə ki, balaca izləyicilərə oyun, rəqslər və maraqlı cizgi filmindən ibarət əyləncəli proqram təqdim edilib. 

Sözügedən bu kinoteatr uşaqlara müsbət emosiyalar bəxş edib. Belə ki, gecə maraqlı oyunlarla başlayıb ki, burada uşaqlar məharət və bacaqrılqlarını sınayıb. Ardınca qonaqları şən rəqslər sevindirib.

Gecənin sonunda isə balaca izləyicilərə “Zootopia” cizgi filmi təqdim edilib. Uşaqlar xüsusi diqqətlə ekranda baş verənləri izləyərək, səmimiyyətlə qəhrəmanların başına gələn hadisələrin nə ilə bitəcəyini gözləyirdilər. Sonda izləyicilərə “Samsung” tərəfindən hədiyyələr də təqdim edilib. Qeyd edək ki, seyrdən və şənlikdən zövq alan uşaqlar, o ki var əylənib, yeni məktəb ilinə xoş təəssüratlar toplamışdırlar.   

Beləliklə, Cinemobile, “Nargis” Fondunun dəstəyi ilə təşkil edilmiş səyyar kinoteatrdır. İki hissədən ibarət olan, bu kino turun ikinci mərhələsində Quba, Sabirabad və Ağdama səfər etmək planlaşdırılır. Səyyar kinoteatrı qeyd edilən regionlarda gözləyin: 

Əziz uşaqlar və valideynlər,  sizlərə əla əhval ruhiyyə və müsbət emosiyalar bəxş edəcək Samsung kinoteatrına hər birinizi dəvət edirik! Ətraflı məlumatı “Samsung Azərbaycan”ın “Facebook” və “Instagram” səhifələrindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri