19 
Sen
2019
16:19
23
101
4575
Virtual karabakh

Bakıda AZAL-ın dəstəyi ilə “E-Commerce & Travel-2019” adlı konfrans keçirilib

19 Sen, 2019
16:19
4575

Bakıda AZAL-ın dəstəyi ilə “E-Commerce & Travel-2019” adlı konfrans keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 19-da “Sheraton Baku Airport” hotelində turizm sektorunda e-ticarət mövzusuna həsr edilmiş geniş "e-Commerce & Travel - 2019" konfransı keçirilib.

Tədbir “Azərbaycan Hava Yollları”nın baş tərəfdaşlığı, “Smart Solutions”, “Amadeus” və “Silk Way Travel” şirkətlərinin təşkilati dəstəyi sayəsində həyata keçirilib. Konfransda müxtəlif ölkələrdən ümumilikdə 250 nəfər iştirak edib.

Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev giriş nitqi ilə çıxış edərək son illərdə Azərbaycanda mülki aviasiya və turizm sahələrində əldə olunan nailiyyətləri vurğulayıb.

“Azərbaycanın ərazisinin kiçik olmasına baxmayaraq, paytaxt və regionlarımızda beynəlxalq standartların bütün tələblərinə cavab verən altı beynəlxalq aeroportun fəaliyyət göstərməsi və milli aviadaşıyıcılarımızın marşrut şəbəkəsinin daima genişlənməsi ölkəmizə turistlərin axını üçün geniş imkanlar yaradır”, - Eldar Hacıyev qeyd edib.

Konfransda AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadə, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways”in direktoru Nazim Səmədov və Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov təqdimatlarla çıxış ediblər.

Tədbirdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA), Azərbaycan Turizm Bürosunun, Azərbaycan Dəmir Yollarının, Azərbaycanın ən böyük turizm şirkətlərinin və turizm və aviasiya sektorlarında elektron xidmətlərin aparıcı təchizatçı şirkətlərinin nümayəndələri iştirak edib, bu sahədəki ən son yeniliklər və imkanlar barəsində məlumat veriblər.

“e-Commerce & Travel” forumu çərçivəsində spikerlər həmçinin panel müzakirələr formatında da müzakirələr aparıblar.

Konfransın nəticəsi kimi, iştirakçılar qarşılıqlı razılıqlar əldə etmiş, həmçinin turizm sənayesinin müxtəlif sahələrində gələcək əməkdaşlıq planlarını müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri