27 
Sen
2019
09:50
9
44
3605
Virtual karabakh

Sentyabrın 26-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlərin siyahısı

27 Sen, 2019
09:50
3605

Sentyabrın 26-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlərin siyahısı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1. “Əlvida Şmidt!”

Azərbaycan istehsalı olan “Əlvida, Şmidt!” tragikomediyası. Filmin rejissoru Əli-Səttar Quliyevdir. Baş rollarda Azər Aydəmir, Rasim Cəfər və Mariam Kitia oynayıblar. Müddəti 70 dəqiqə. Yaş həddi “12+”dur.

Film haqqında qısa məlumat: Filmin qəhrəmanı - Emil Şmidt düşüncələrində və istəklərində özünü çaşdıran sadə oğlandır. Həyatın ona bəxş etdiyi gözəllikləri görməyəcək qədər saf, başqa maraqlara can atacaq qədər çılğındır. Azərbaycanda doğulub böyüyən bir etnik almanın heyrətamiz hekayəsi bizi kədərləndirəcək, güldürəcək, narahat edəcək, yaşayacaqlarını yaşadacaq.

Vətənimizin möhtəşəm mənzərələri, rəngarəng personajları, duzlu yumoru ilə bu müasir milli yol əhvalatı – tamaşaçının gözlədiyi həmin o filmdir ki, sizlərə “Əlvida Schmidt - salam Azərbaycan kinosu!” deyəcək!

2. “Əjdahanın möhürünün sirləri”

Rusiya və Çin istehsalı olan “Əjdahanın möhürünün sirləri” macəra filmidir. Filmin rejissoru Oleq Stepçenkodur. Baş rollarda Ceyson Fleming, Arnold Şvartsenegger və Ceki Çan oynayıb. Müddəti 120 dəqiqə, yaş həddi “6+”dur.

Film haqqında qısa məlumat: İngiltərəli səyahətçi Conatan Qrin Birinci Pyotrdan Rusiyanın Uzaq Şərqinin xəritəsinin hazırlanması sifarişini alır. Onu yenidən macəra dolu uzaq yol gözləyir. Xəritəçi saysız-hesabsız açılışlar, qəribə heyvanlar, Çin şahzadəsi, ölümcül döyüş növlərinin ustaları və bütün əjdahaların Çarı Lun-Vanın özü ilə qarşılaşacaq.

3. “Ulduzlara doğru”

Braziliya, ABŞ və Çin istehsalı olan “Ulduzlara doğru” filmi fantastik dramdır. Filmin rejissoru Ceyms Qreydir. Baş rollarda Bred Pit, Liv Tayler və Tommi Li Cons oynayıblar. Müddəti 100 dəqiqədir. Yaş həddi “16+”dur.

Film haqqında qısa məlumat: Kosmonavt Roy Makbrayd itmiş atasını və planetimizi gözləyən təhlükənin sirrini çözmək üçün günəş sisteminin dərinliklərinə səyahət edir. Onun səyahəti insanın varlığını və onun kosmosdakı yeri ilə bağlı sirləri ortaya çıxaracaq.

4. “Cəngəllikdən qaçış”

Çin istehsalı olan “Cəngəllikdən qaçış” animasiya filmi. Filmin rejissoru Leon Dingdir. Baş rollarda Çjan Vey, Çjan Bintszün və Tan Syaodur. Müddəti 100 dəqiqə. Yaş həddi 6+.

Film haqqında qısa məlumat: Ayılar Briar, Brembl və odunçu dostları Vik qədim mağarada gəzinti edərkən qəfil keçmiş zamana düşürlər. Geri qayıtmaq üçün inanılmaz zaman səyahəti etmək və macəralar yaşamaq məcburiyyətində qalacaqlar: Onlar nəhəng yırtıcı quşlarla, tısbağalarla və ibtidai cəngəlliyin çoxsaylı naməlum və təhlükəli sakinləri ilə qarşılacaqlar. Ancaq əsas məsələ yeni dostlar tapmaq və evə geri qayıtmaqdır!

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri