17 
Okt
2019
10:30
65
13
3959
Virtual karabakh

“Samsung QLED 8К” - yüksək keyfiyyətli təsvir

17 Okt, 2019
10:30
3959

“Samsung QLED 8К” - yüksək keyfiyyətli təsvir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Samsung QLED 8К” – baxış bucağınızdan asılı olmadan, seyrdən tam olaraq zövq alacağınız, dəqiq və aydın təsvir ötürən televizordur. 

Belə olduğu halda,  8K texnologiyası nədir? 8К – 4K UHD  4 dəfə, FHD- dən isə 16 dəfə daha çox piksel deməkdir. Başqa sözlə desək, bu sizin yüksək keyfiyyətli təsvirdən zövq almanız üçün 33 milyon pikseldən daha artığı deməkdir. Belə ki, piksellər nə qədər çox olarsa, görüntü də bir o qədər dolğun və tam olur, çünki, hər nöqtə-piksel palitranın müəyyən bir rəng çalarını əks etdirir. 

Əlavə olaraq yeni televizor həm də istənilən kontenti 8K formatlı kontentin keyfiyyətinə qədər yaxşılaşdıra bilir. Bunun üçün sistem xüsusi “Quantum Processor 8К” istifadə edir və süni zəka üzərindən işləyir.

Burada miqyas tətbiq edən xüsusi alqoritm  verilmiş təsvirin keyfiyyətini yaxşılaşdıraraq ətraf mühitin işıqlandırma şəraitindən asılı olaraq, hər səhnənin parlaqlıq göstəricisini ayrılıqda tənzimləyir. Cihaz, hər bir təsvirə üç pilləli düstur üzlə miqyas tətbiq edərək, yenidən yaradır.

Belə ki, “QLED” görüntünü təhlil edib, onu ilkin bulanıqlıqdan təmizləyir və verilən obyektlərin sərhədlərinin bərpa edir.  Beləliklə, dəqiqliyin süni şəkildə artırılması burada tamamilə seçilməz olaraq qalır, belə ki sonda sistem avtomatik olaraq görüntünü təhlil edir və çatışmayan pikselləri əlavə edərək, təsviri 8K keyfiyyətinə qədər yaxşılaşdırır.

Əlavə olaraq, təzadlıq və parlaqlığın yüksək göstəriciləri, habelə, qara rəngin maksimal dolğunluğu, “Direct Full Array” adlanan işıqlandırma texnologiyası və işıq ləkərinin aradan qaldırılması üçün nəzərdə tutulmuş “Ultra Black Elite” örtüyü sayəsində əldə edilir.  

Sözü gedən televizor istənilən görüntünü yüksək keyfiyyətlə ötürməklə yanaşı həmdə incə dizayna malikdir. Belə ki, “Samsung”,  qeyd olunan modeldə zövqlü və dolğun qara rəngə üstünlük verərək, ekran çərçivələrini, arxa  paneli və dayağı bütövlükdə bu rəngdə təqdim edib.

Klassik qara rəngin hər bir interyerə uyğunlaşmasına baxmayaraq, istehsalçı televizoru maraqlı bir funksiya ilə də təchiz edib. “Ambient Mode” adlanan bu funksiya, “Samsung QLED”  televizorlarına istənilən dizayna uyğunlaşmağa kömək edir. Belə ki, cihaz yerləşdiyi divarın rəngini ifadə edə, hava və vaxt kimi məlumatları üzərində əks etdirə və ya ailə şəkillərinizi ötürə bilir. 

Beləliklə, “Samsung QLED 8K” – əla təsvir ötürmək bacarığı ilə yanaşı həmdə istənilən interyerə uyğunlaşan incə bir dizayn elementidir. 

“Samsung QLED 8K” haqqında əlavə məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri