21 
Okt
2019
16:15
53
20
4618
Virtual karabakh

“Bestcomp Group” Mərkəzi Asiya ölkələrindəki tərəfdaşları üçün təqdimat konfransı keçirdi - FOTO

21 Okt, 2019
16:15
4618

“Bestcomp Group” Mərkəzi Asiya ölkələrindəki tərəfdaşları üçün təqdimat konfransı keçirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 oktyabr 2019 tarixində “Hyatt Regency Tashkent” mehmanxanasında Bestcomp Group beynəlxalq şirkətlər qrupu dünyanın aparıcı İT vendorları və Özbəkistan, Azərbaycan, Tacikistan, Türkmənistan və Qırğızıstandan olan tərəfdaşların iştirakı ilə təqdimat konfransı keçirdi.

Bestcomp Group şirkətlər qrupu Zaqafqaziya və Mərkəzi Asiya bölgəsində Hewlett Packard Enterprise, HP Inc., Lenovo DCG, Lenovo PSG, Acer, Microsoft, Eaton, APC by Schneider Electric, Radware, Microfocus Tripp Lite, Artronic, Uniview, Apacer, Kindermann, HID, Monacor, Qualys, Radiflow kimi dünyanın bir çox aparıcı istehsalçılarının Value Added distribüteri, İT və sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, şirkətlərə mövcud olduqları ölkələrdə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir. 

120-dən çox tərəfdaş şirkətin qatıldığı təqdimat konfransında iştirak edən  Bestcomp Group-un Müşahidə Şurasının Sədri Rauf Həsənov açılış nitqində Özbəkistan və Azərbaycan xalqlarının qardaşlığı, iki ölkə arasındakı iqtisadi əməkdaşlığı, həmçinin Bestcomp Group şirkətlər qrupunun fəaliyyəti və Mərkəzi Asiya ölkələrində informasiya texnologiyaları seqmentində tərəfdaşlıq münasibətlərinin strategiyası və inkişafını xüsusilə vurğuladı.

“Bestcomp Group”un Mərkəzi Asiyada regional ofisinin Baş Direktoru Xəlil Ələkbərov isə, şirkətin böyük texnoloji imkanlarından və tərəfdaşlar üçün açılan fürsətlərdən danışdı. O, həmçinin, “Bestcomp Group” Mərkəzi Asiya Regional Ofisinin əməkdaşlarını tədbir iştirakçılarına təqdim etdi.

Konfransın rəsmi hissəsində dünyanın qabaqcıl İT şirkətlərinin aparıcı menecerləri İT sahəsində olan son yeniliklər, sistem inteqrasiyası və informasiya təhlükəsizliyi sahəsindəki maraqlı yeni həllər haqqında danışdılar.

Təqdimatçılar arasında Lenovo PSG şirkətinin nümayəndələri: Şərqi Avropa, Orta Asiya və Azərbaycanda korporativ sifarişçilərlə iş üzrə meneceri Qaziz Abdrassilovu, Lenovo Data Center Group Məlumat Mərkəzi üçün həllərin satışı şöbəsinin rəhbəri Anton Boldini; HP Inc. şirkətinin nümayəndələri: Şərqi Avropa, Orta Asiya və Azərbaycanda satış kanallarının inkişafı üzrə meneceri Andrey Naumenkonu və  HP Inc. distribusiyası üzrə meneceri Aleksandr Jelezkovu; Radware şirkətinin MDB və Baltika ölkələri üzrə direktoru Dmitriy Xusinskini; Eaton şirkətinin regional satış nümayəndəsi Kerim Çeliki; Acer şirkətinin Orta Asiya, Qafqaz, Türkiyə və Qazaxıstan üzrə regional direktoru Mixail Konstantinovu xüsusilə vurğulamaq istərdik.

Konfransın rəsmi hissəsinin sonunda Mərkəzi Asiya ölkələrindəki tərəfdaşlar üçün təşviqedici proqram elan edildi. Belə ki, proqramın qalibləri 2020-ci ilin iyun ayında Formula 1 Qran Prisində iştirak etmək üçün “odlar diyarı” Bakı şəhərinə dəvət ediləcəklər.

Axşam tədbiri rəqs qrupunun, vokal-instrumental ansamblın və “Özbəkistanın Səs”i müsabiqəsinin qalibi Səbinə Mustayevanın iştirakı ilə keçən ziyafət məclisi ilə başa çatdı.

Tədbir boyunca iştirakçılar dünyanın aparıcı İT brendləri HP İnc., Lenovo və Acer şirkətlərindən dəyərli hədiyyələr qazandılar.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri