Dek
2019
15:41
56
30
2433
Virtual karabakh

“AzerTelecom” və KOBİA əməkdaşlıq edəcək - FOTO

5 Dek, 2019
15:41
2433

“AzerTelecom” və KOBİA əməkdaşlıq edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkəti dekabrın 3-6 tarixlərində Bakıda keçirilən “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq barədə Niyyət Protokolu imzalayıb.

Sənədi “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Sənəd kiçik və orta biznesin inkişafının dəstəklənməsi çərçivəsində qarşılıqlı fəaliyyətin təşkili, dövlət və özəl sektor arasında praktik fəaliyyətin genişləndirilməsi, innovativ təşəbbüslərin realizasiyası, innovasiya infrastrukturundan birgə istifadə edilməsi, startapların, kiçik və orta biznes subyektlərinin potensialının artırılması ilə bağlı dəstəyin göstərilməsi, “AzerTelecom” şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı çərçivəsində birgə tədbirlərin təşkili və digər əlaqəli fəaliyyəti özündə əks etdirir.

Qeyd edək ki,  “Bakutel-2019” sərgisində həmçinin, KOBİA-nın təşkilatçılığı, magistral internet provayderi “AzerTelecom” şirkətinin dəstəyi ilə 10 startap və kiçik sahibkarlıq subyektinin məhsul və xidmətləri ayrıca stenddə nümayiş olunur. Sərgi dekabrın 6-dək davam edəcək.

“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir.

“AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda “AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir.

Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, IT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri