24 
Dek
2019
12:30
31
37
2761
Virtual karabakh

“Əvəzedilməz bir təcrübə idi” - “Huawei” tərəfindən Çinə göndərilmiş tələbələrin təəssüratları - FOTO

24 Dek, 2019
12:30
2761

“Əvəzedilməz bir təcrübə idi” - “Huawei” tərəfindən Çinə göndərilmiş tələbələrin təəssüratları - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnformasiya və kommunikasiya texnologiyaları üzrə dünya liderlərindən biri olan “Huawei” şirkəti “Seeds For The Future” korporativ layihəsini növbəti dəfə Azərbaycanda keçirib. Artıq bir neçə il ölkəmizdə “Huawei” tərəfindən keçirilən bu layihə İKT-sektorunda çalışan istedadlı gənclərinin aşkar edilməsi və onların gələcəkdə “Huawei” ailəsinin bir hissəsi olmasında xüsusi rol oynayır.

Cari ilin 10 oktyabr tarixində keçirilən tədbirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və  “Huawei” şirkətinin nümayəndələrindən ibarət olan münsiflər heyəti müsabiqədə iştirak etmiş 10 tələbəni seçib və onlar təcrübə yığmaq, o cümlədən seminar və təlimlərdə iştirak etmək məqsədi ilə 15-günlük Çinə, “Huawei” şirkətinin baş ofisinə göndərilib.

Həmin 10 nəfər tələbələrdən ikisi - Lalə Əsgərova və Bəylər Bayramov səfərlə bağlı öz təəssüratlarını bizimlə bölüşüb.

“Bu proqram haqqında məlumatı ADA Universitetində keçirilən məlumat sessiyasından aldım və müraciət etməyi qərarlaşdırdım. Zənnimcə, kreativliyim, İKT sahəsinə marağım və digər biliklərimə əsasən seçildiyimi düşünürəm”, - deyə Lalə Əsgərova bildirib.

Bəylər Bayramovun fikrincə isə, o, İT sahəsində olan bilikləri və prezentasiya bacarığına görə seçilib:

“Eyni zamanda, altı ay xaricdə “exchange” proqramı ilə təhsil almışam və orada əldə etdiyim biliklərimin də təsir etdiyini düşünürəm”.

Səfərə gəlincə isə, uzun yol qət etdiyinə rəğmən, hər iki tələbə bu səfərin faydalı olduğuna şübhə etmir.

“Təlimlər bir çox mövzularda oldu ancaq əsas təlimlər 4G və 5G konfiqurasiyası haqqında oldu. Biz özümüz 4G və 5G konfiqurasiyasını kodlaşdırıb internet əldə edirdik”, - Bəylər Bayramov deyir.

Lalə Əsgərovanın sözlərinə görə, “2-həftəlik proqram tamamilə incəliklə müəyyən olunmuş və peşəkarlıqla icra olunub”.

“Şenjenda ilk gün ilk təlimçimiz bizə orada işləməyin üstünlükləri, maraqlı iş şəraiti və digər ümumi məlumatlar verdi. Sonrakı günlərdə isə təlimçilərdən digərləri xüsusi mövzular ilə  bağlı bizi aydınladırdı”, - deyə Əsgərova bildirib.

Bayramov isə “Huawei”in baş ofisinin haqqında öz təəssüratlarını bölüşüb: “Huawei”in ofisin ümumi sahəsi 25 hektar idi və nahar fasiləsində elə oranı gəzirdik. İşdən sonra bizi Light Show-a aparmışdılar. Dörd tərəfiniz hündür binalar ilə əhatə olunmuş bir yerdir və siz ortada durursunuz. Bütün binalar eyni vaxtda işıqlandırılır. 10-15 dəqiqəlik bir şoudur və bu mənim həyatımda gördüyüm ən maraqlı şou idi”. 

“Qayıtdıqdan sonra ADA Universitetində müəllimimizlə danışdıq və necə 4G və 5G konfiqurasiyasını öyrəndiyimiz haqda məlumat verdik. Bu haqda bilən çox az adam var, xüsusilə də Azərbaycanda. Bu təcrübə doğurudan da əvəzedilməzdir”, - Bayramov deyib.

Tələbələr, həmçinin Çin mədəniyyəti ilə tanış olub. “Şəhər gəzintisi Çində keçirdiyimiz iki həftənin ən maraqlı hissəsi idi. Pekində “Yasaq Şəhər”, “Böyük Çin Həddi”ni, Şenjendə isə “Shenzhen Museum”, “Splendid China”-ya səfər etmişdik”, - Əsgərova deyir. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri