15 
Yan
2020
10:35
44
56
3389
Virtual karabakh

“Aston Martin”in son modeli tezliklə Azərbaycan bazarında - FOTO

15 Yan, 2020
10:35
3389

“Aston Martin”in son modeli tezliklə Azərbaycan bazarında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aston Martin” uzun illər film və televiziya ilə vurğulanan, Ceyms Bondun şəxsən idarə etdiyi prestijli idman avtomobilləri istehsal edən bir ingilis şirkətidir. Bununla bərabər, “Aston Matrin” avtomobillərinin əsas üstünlükləri yüksək sürət şəraitində rahat idarəetmə və ən kiçik detallara qədər düşünülmüş mükəmməl dizayndır.

Hər bir “Aston Martin” modelini alarkən, sürücü Britaniya istehsalçılarının nail olduğu dövrün ən son texnologiyalarını özündə cəmləşdirən bir avtomobilə sahib olur. 

Şirkət əksər modellərin əl ilə hazırlanması ilə məşhurdur. Hər “Aston Martin”də bürünc bir lövhəcik mövcuddur ki, bunun üzərində həmin modeli hazırlayan və ona cavabdeh olan şəxsin adı əks olunur.

Onu da qeyd etmək istərdik ki, ötən ilin sonunda eyni vaxtda iki şəhərdə - Los Angeles və Pekində “Aston Martin” brendinin 106 illik tarixində ilk off-road avtomobilinin təqdimatı olub.

Brendin səyahət üçün hazırlanmış ilk SUV-si, yeni “Aston Martin” DBX, lüks seqmentdə ən çox gözlənilən avtomobildir. Bu tarixin ilk tamötürücülü “Aston Martin” modelidir. Böyük SUV (uzunluğu, eni, hündürlüyü - 5039/1998/1680 mm) tamamilə idman ənənələrini, markanın bəzək və dizayn xüsusiyyətlərini özündə əks etdirir. 

DBX modelinin ilk 500 alıcısı, şirkət rəhbəri Andy Palmer tərəfindən şəxsən yoxlanılmış və təsdiq edilmiş nümunələri əldə edəcək. Bundan əlavə, hər bir yeni “Aston Martin” sahibinə Edni Palmerin və şirkətin yaradıcı direktoru Marek Rixmanın avtoqrafları olan və əldə etdikləri modelin yığılma prosesini təsvir edən foto albom vəd edilir, ilk müştəriləri özəl qapalı qonaqlığa dəvət edilir.

Tezliklə “Aston Martin” DBX bazarımızda görünəcək. Yeni modelin qiyməti barədə səlahiyyətli dilerdən daha ətraflı məlumat ala bilərsiniz.

Azərbaycanda qlobal brendin rəsmi nümayəndəsi – “Aston Martin Baku” şirkəti markanın həvəskarlarına son dərəcə əlverişli şərtlər təklif edir. 2020-ci ilin əvvəlindən etibarən, “Aston Martin” avtomobilnə 115.000$ başlayan qiymətlə illik 12% olan bank faizilə, dörd il müddətində çox sərfəli kredit şərti ilə sahib olmaq mümkündür.

“Aston Martin Baku” 
Ü. Hacıbəyli küç. 57
(012) 404-83-96
(055) 225-29-59

https://www.facebook.com/AstonMartinBaku/
https://www.instagram.com/aston_martin_baku/
https://turbo.az/avtosalonlar/astonmartin

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri