29 
Yan
2020
12:54
24
172
7672
Virtual karabakh

Bakıda “iPhone11” basdırdılar - İlk tapan qazanacaq

29 Yan, 2020
12:54
7672

Bakıda “iPhone11” basdırdılar - İlk tapan qazanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Budəfəki müsabiqənin şərtlərini öyrəndikdən sonra fevralın 29 gündən ibarət olmasına xüsusilə sevinəcəksiniz. Belə ki, “Kontakt Home”un “İnşaatçılar” metrostansiyası yaxınlığındakı mağazasından fevralın 29-dək etdiyiniz hər alış-veriş sizə pulsuz “iPhone11 qazanmaq şansı yaradır.

Necə?

Yazın ilk qədəmlərini torpaq oyanması və əkinlər başlaması ilə hiss edirik. Bu il “Kontakt Home”da da yazın gəlişi hiss olunacaq, amma bu proses bir qədər fərqli formada cərəyan edəcək. 

Belə ki, fevralın 29-dək “Kontakt Home”un “İnşaatçılar” metrostansiyası yaxınlığındakı mağazasında alış-veriş edən hər kəs unikal müsabiqəyə qoşulmaq şansı qazanır.

Məbləğdən, hətta nağd və ya taksitlə alış-veriş etməsindən asılı olmayaraq, hər kəs “iPhone11 üçün yarışa qoşula bilər. Sadəcə, mağazaya gəlmək, əməliyyat həyata keçirmək və qeydiyyat blankını doldurmağınız kifayətdir.

Qalib necə seçiləcək?

7 mart bütün iştirakçılara eyni anda SMS vasitəsilə “iPhone11”in basdırıldığı yer barədə məlumat göndəriləcək. Qeyd olunan məkana gəlib “iPhone11”i ilk tapan şəxs qalib olacaq və hər kəsin arzusu olan müasir smartfonu pulsuz qazanacaq.

Əgər mənim smartfonum onsuz da təzədir deyə düşünürsünüzsə, sizə dostcasına bir xatırlatma etmək istəyirik: Bir gün sonra 8 Martdır...

Şərtlər:

1. Müsabiqədə məbləğindən asılı olmayaraq bütün nağd, taksit və 2 aylıq aksiya ilə edilmiş satışlar iştirak edir.

2. İştirakçı sms-də qeydedilmiş ünvana şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmalıdır.

3. Müsabiqə ilə bağlı ətraflı məlumat üçün sadəcə buraya klikləyin

Siz “Kontakt home”un İnşaatçılar mağazasının dəqiq ünvanını buradan tapa bilərsiniz. Bütün kampaniya, müsabiqə və endirimlərdən xəbərdar olmaq üçün Kontakt Home-u instagram-da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran suallara cavab alın.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri