12 
Mar
2020
10:56
54
104
5867
Virtual karabakh

“Kontakt Home” “Qəbələ” mağazasında açılışa özəl xüsusi təkliflər - MARTIN 15-DƏK

12 Mar, 2020
10:56
5867

“Kontakt Home” “Qəbələ” mağazasında açılışa özəl xüsusi təkliflər - MARTIN 15-DƏK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq qəbələlilər məişət texnikası və ağıllı cihazlar üçün uzağa getməyəcəklər. Çünki hər ehtiyacda “Kontakt Home” onların xidmətində olacaq.

Martın 7-də “Kontakt Home”un sayca 25-ci Qəbələ mağazasının rəsmi açılışı keçirilib. Əyləncəli tədbirdə Qəbələ sakinləri üçün konsert, foto zonalar, bol hədiyyəli müsabiqələr təşkil olunub.

Ziyarətçilər ən son texnoloji yeniliklərlə elə yerindəcə tanış olub, almaq imkanı əldə ediblər.

“Nəvəm üçün cehiz almağa gəlmişəm. Maşallah, axtardığım hər şey var burada. Xeyirli olsun!”

Sədaqət Kərimova, Qəbələ sakini, 62 yaş

İkimərtəbəli Qəbələ mağazasının birinci mərtəbəsində dünya brendlərinə aid rəqəmsal texnika, ikinci mərtəbədə isə geniş çeşidli böyük və kiçik məişət texnikası müştəriləri gözləyir.

“Qiymətlər çox sərfəlidir! Özümə telefon götürdüm, yoldaşıma soba aldıq. Endirimlər qurtarmamış yenə gələcəyik”.

Qurban Əsədov, Qəbələ sakini, 44 yaş

Bundan başqa, hər kəs martın 15-dək məhz “Qəbələ” mağazasının açılışına özəl 50%-dək endirim aksiyasından, həmçinin, bütün məhsullara ilkin ödənişsiz, faizsiz 24 ayadək hissə-hissə ödəniş kampaniyasından faydalana bilər.

Endirimlər barədə daha dəqiq desək:

- 32’’ (82 sm) televizor 319 AZN yox, 199.99 AZN-ə,

- HOFFMANN mini soba 179.99 AZN yox, 89,99 AZN-ə,

- 1.7l tutumlu elektrik çayniki 49.99 AZN yox, 19.99 AZN-ə!

Ümumilikdə bütün telefonlara ilkin ödənişsiz, faizsiz 12 ay, məişət texnikası və TV-də isə ilkin ödənişsiz, faizsiz, 18 ay hissə-hissə ödəniş imkanı olacaq.

Misal üçün:

- Redmi 8A smartfonunu ayda cəmi 25 AZN-ə,

- Samsung LED televizorunu ayda cəmi 61,20 AZN-ə,

- Gümüşü LG paltaryuyanını ayda cəmi 57,80 AZN-ə,

- Gorenje tozsoranını isə ayda cəmi 10 AZN-ə əldə edə biləcəksiniz.

Qeyd edək ki, bütün məhsullar üç ilədək rəsmi istehsalçı zəmanəti ilə təqdim olunur.

“Kontakt Home” Qəbələ mağazası Heydər Əliyev prospekti 118B ünvanında, Qəbələ rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşir.

Siz Qəbələdə deyilsiniz? Eybi yoxdur! Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan tapa bilərsiniz. Bütün kampaniya, müsabiqə və endirimlərdən xəbərdar olmaq üçün “Kontakt Home”u “Instagram”da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran suallara cavab alın.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri