25 
Mar
2020
19:26
175
53
3252
Virtual karabakh

“VIP Aviation” şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırır

25 Mar, 2020
19:26
3252

“VIP Aviation” şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“VIP Aviation” şirkəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin virusun ölkəmizdə yayılmasının məhdudlaşdırılması və qarşısının alınmasına dair təşəbbüsünə qoşulur.

Hazırda coğrafi əhatə dairəsi sürətlə genişlənən COVID-19 qlobal pandemiya şəraitində “VIP Aviation” şirkəti həmvətənlərinə yardım etməyə çalışır.

Şirkətin cəmiyyət qarşısında sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirərək və Azərbaycan ərazisində koronavirus infeksiyasının yayılması ilə mübarizə tədbirlərinə maliyyə dəstəyinin göstərilməsi məqsədilə şirkət dövlət başçısının 19 mart 2020-ci il tarixli fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait ayırıb.

Qeyd edək ki, Fondun yaradılmasında məqsəd Azərbaycanda COVID-19 virusunun yayılmasının qarşısını almaq və onunla mübarizə aparmaq üçün yönəlmiş tədbirlərə maliyyə dəstəyin göstərilməsidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri