Apr
2020
12:42
40
64
3730
Virtual karabakh

“Bank Respublika” NFC ödənişlərin tətbiqinə başladı

7 Apr, 2020
12:42
3730

“Bank Respublika” NFC ödənişlərin tətbiqinə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə nağdsız ödənişlərin inkişafına daim böyük önəm verən “Bank Respublika” bu istiqamətdə daha bir mühüm addım atdı. 

Bank NFC (Near Field Communication) texnologiyası üzərindən daha rahat və sürətli təmassız ödənişlərin tətbiqinə başlayıb. Artıq bankın müştəriləri alış-veriş zamanı ödənişləri smartfonları vasitəsilə həyata keçirə biləcəklər.

Bunun üçün “Mobil Şöbə” əlavəsini smartfona yükləmək, “Bank Respublika”ya aid hər hansı VISA kartı üçün bir kliklə NFC-ni aktiv etmək və onu dərhal POS-terminalda ödənişlər üçün istifadə etmək kifayətdir. 

Bununla da kartlarında təmassız ödəniş imkanı olmayan kart sahibləri belə, NFC texnologiyası vasitəsilə, kart üçün xüsusi rəqəmsal nömrəni (token) aktivləşdirərək, təmassız ödənişlər həyata keçirə biləcəklər.

Xüsusən vurğulamaq lazımdır ki, “Bank Respublika”nın “Mobil Şöbə” istifadəçiləri NFC ödənişlərini internetə qoşulma olmadan belə rahat şəkildə etmək imkanını qazanacaqlar.

Qeyd etmək lazımdır ki, NFC ödənişləri hələlik yalnız Android platformasında çalışan smartfonlar vasitəsilə həyata keçirmək mümkündür (Android 4.4 və daha yuxarı əməliyyat sistemi versiyaları).

NFC ödənişlər üzrə video təlimat: https://youtu.be/inVMDbdJbms

Həmçinin, hazırda yaranan şəraitdə “Bank Respublika” müştərilərə COVID-19 virusunun kağız əsginaslarla yayılma ehtimalını azaltmaq üçün ödənişlərini daha təhlükəsiz NFC texnologiyası vasitəsilə, təmassız olaraq həyata keçirmələrini tövsiyə edir.

“Günümüzdə müştərilərimizin sağlamlığı bizim üçün daha böyük məna kəsb edir. Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 virus infeksiyasına tutulmamaq və qorunmaq üçün əhaliyə ödənişlər zamanı təmassız vasitələrdən istifadə edilməsini tövsiyə edir.

Bu tövsiyəni nəzərə alaraq, NFC texnologiyasına əsaslanan təmassız ödəniş xidmətini artıq bugün müştərilərimizə təqdim etdiyimiz üçün çox şadıq. Artıq müştərilərimiz alış-veriş zamanı ödənişlərini kağız əsginaslarla deyil, smartfonlar vasitəsilə də təmassız olaraq tam təhlükəsiz həyata keçirə biləcək.

Bank sektorunda innovativ texnologiyaları tətbiq edən lider banklardan biri kimi, Bank Respublika gələcəkdə də yeni rəqəmsal bank həlləri tətbiq edərək müştərilərini sevindirməyə davam edəcək”, - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədr müavini Aslan Abbasov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, “Facebook” səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri