18 
May
2020
12:27
48
30
1461
Virtual karabakh

“Fitch Ratings” “Expressbank”ın stabilliyini bir daha təsdiqləyib

18 May, 2020
12:27
1461

“Fitch Ratings” “Expressbank”ın stabilliyini bir daha təsdiqləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi ölkənin ilk kommersiya banklarından biri olan “Expressbank”ın kredit reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə yenidən təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək nəticələrdən biri hesab edilir. Son bir neçə il ərzində bankın göstəricilərinin stabil qiymətləndirilməsi bazarda bankın sağlam mövqeyi və maliyyə dayanıqlılığının göstəricisidir.

“Fitch Ratings” agentliyinin hesabatında bankın yüksək kapitalının və likvidlik göstəricilərinin bütün dünyada koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar yaranan risklərin qarşılanmasına imkan verdiyi bildirilib.

Xarici valyutada verilmiş kreditlərin 31 mart 2020-ci il tarixinə ümumi portfelin cəmi 9%-ni təşkil etməsi də müsbət məqamlardan biri olaraq qeyd olunub. Bu göstəricinin sektor üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağı olduğu bildirilib.

Bankın kapital dayanıqlılığı reytinqin müəyyən olunmasına güclü təsir göstərib. Belə ki, bankın əsas kapitalı “Fitch Ratings” agentliyinin müvafiq metodologiyasına (Fitch Core Capital) əsasən, 45% təşkil edib. 

Təsdiqlənmiş reytinqlər aşağıdakı kimidir:

Long-Term IDR: affirmed at “B”, Outlook Stable

Short-Term IDR: affirmed at “B”

“Fitch Ratings” agentliyinin bu proqnozu “Expressbank” ASC-nin aktivlərinin keyfiyyətini, kapitalın adekvatlığını nəzərə alaraq, mümkün risklərin ödənilməsi potensialını əks etdirir.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat almaq üçün “132” Məlumat Mərkəzinə zəng edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri