30 
İyn
2020
11:51
33
84
987
Virtual karabakh

Fəaliyyətinin 27-ci ilində hər zamankından daha güclü “Rabitəbank”!

Müstəqil Azərbaycanın ilk banklarından olan “Rabitəbank”ın fəaliyyətinin 27-ci ili tamamlanıb. Ötən il ərzində innovativ dəyişiklikləri sayəsində Bank proqressiv və davamlı inkişafa nail olub, maliyyə sabitliyini təmin edib, maliyyə bazarında ən səmərəli banklardan birinə çevrilib.

27 il ərzində “Rabitəbank” daim müştərilərinə göstərdiyi xidmət keyfiyyətini artırmağa, yenilikçi addımları ilə onların rəğbətini qazanmağa və həyatlarını rahatlaşdırmağa çalışıb. Ölkənin 10 ən böyük bankının sırasında yer alan “Rabitəbank” 2019-cu maliyyə ilini 15 milyon manat mənfəətlə başa vurub. Hazırkı dövrdə bankın aktivləri bir milyard manata, kredit portfeli isə 400 milyon manata yaxınlaşmaqdadır.

Azərbaycanın bank sektoruna gətirdiyi yenilikləri ilə daim nümunəvi olan “Rabitəbank” 27-ci fəaliyyət ilində rəqəmsal həllər vasitəsilə bank xidmətlərinə əlçatanlığı artırmaq və müştərilərin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində mühüm dəyişiklər həyata keçirib:

- Rebrendinq edərək, loqo və korporativ üslubu dəyişib;

- “Rahat bankçılıq” fəlsəfəsini öz işində əsas fəaliyyət prioritetinə çevirib;

- Müştərilərinə daha yaxın olmaq üçün “Rabitəbank Mobil” tətbiqini təqdim edib;

- Üstünlükləri ilə Azərbaycanda ilkə imza atan Kartmane məhsulunu təqdim edib;

- Azərbaycanda messencer və Telegram platformalarından maliyyə əməliyyatlarını icra edən “RabitaBot” adlı ilk çatbot təqdim edib;

Rəqəmsal bankçılıq imkanlarını genişləndirməklə yanaşı, fiziki imkanlarına da qənaət etməyərək, filial və şöbələrin daha komfortlu və operativ həll məkanına çevrilməsi üçün investisiya yatırdı.

“Rabitəbank” bu yeniliklərinin ardınca 2020-ci ilə birinciliklərlə start verdi:

- “Business Time” jurnalı tərəfindən təşkil edilən “Azeri Business Award” Milli mükafatında Kartmane kartı “İlin bank məhsulu” seçildi;

- Visa tərəfindən keçirilən "Visa Global Challenge" beynəlxalq yarışında 17 komanda arasında 1-ci yeri tutdu;

- Kiyev Beynəlxalq Reklam Festivalında (KIAF) "Ödənişlərinizi nağdsız edin" poster seriyası “Dizayn&Brendinq” və “Çap&Nəşriyyat” kateqoriyalarında iki qızıl mükafat qazandı.

“Rabitəbank” bu gün 800-ə yaxın əməkdaşı ilə 350 mindən çox müştəriyə - fiziki və hüquqi şəxslərə müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini göstərməkdə davam edir. 

Ad gününə özəl olaraq bank hüquqi şəxslər və fərdi sahibkarlara dəstək göstərməyə davam edərək, 300.000 AZN-dək girovsuz kredit məhsulunu müştərilərə təqdim etmişdi. Bu və digər sərfəli kredit məhsulları ilə “Rabitəbank” Azərbaycanın bütün sektorlarına maliyyə dəstəyi göstərmək gücündədir.

Ad günü münasibətilə “Rabitəbank” Kartmane kart istifadəçilərini, həm korporativ, həm də fiziki şəxs müştəriləri sevindirəcək silsilə kampaniyalara start verib. Kampaniyalar haqqında ətraflı məlumat bankın rəsmi internet saytından əldə edilə bilər.

Hazırda hökm sürən koronavirus pandemiyası dövründə “Rabitəbank” sosial yönümlü layihələrini axsatmadı. Sosial məsuliyyət missiyasına sadiq qalaraq, Bank müqəddəs Ramazan bayramı münasibətilə 100-dən çox aztəminatlı ahıllara ərzaq yardımı, “ASAN Xidmət”lə birgə “Təhsiliniz gələcəyimizdir” layihəsi çərçivəsində Tərtərdə və Laçından məcburi köçkünlərin məskunlaşdığı Mişni obasında aztəminatlı ailələrin əlaçı məktəbli övladlarına noutbuklar və bir illik pulsuz internet, habelə illərdir, ev arzusunda olan doqquz nəfərlik məcburi köçkün ailəsinə mənzil şəraitini yaxşılaşdırmaq üçün 65.000 AZN dəyərində pul yardımı həyata keçirib.

“Rabitəbank” ötən illərdə əldə etdiyi nailiyyətlərdən ilhamlanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək əzmindədir. 27 ildir güclü və daha dinamik rabitədə qaldıqları üçün Bank bütün əməkdaşlarına və müştərilərinə sonsuz minnətdarlıq duyur və yeni yaşında yaddaqalan fəaliyyətlərə imza atmağı hədəfləyir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri