14 
İyl
2020
12:21
56
101
2872
Virtual karabakh

“Expressbank” aztəminatlı ailələrə dəstək göstərməyə davam edir - FOTO

14 İyl, 2020
12:21
2872

“Expressbank” aztəminatlı ailələrə dəstək göstərməyə davam edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Expressbank” kiçik və orta sahibkarlığın inkişafı və aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində həssas əhali qruplarına dəstək göstərməyə davam edir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə layihəsinə qoşularaq, “Expressbank” daha bir neçə şəxsin öz biznesini qurmaq arzusunu reallaşdırıb.

Belə ki, “Expressbank” Bakı şəhəri sakinləri Dadaşov Xəyal, Eyvazov Ədalət, Rəhmanzadə Hüseyn, Mürsəlov Xəyala şin, təkər təmiri biznesinə başlamaq üçün bütün lazımi avadanlığı təmənnasız təqdim edib.

Xalqımızın sosial rifahının artırılması tək dövlətin deyil, hər birimizin üzərinə düşən məsuliyyətdir. Xüsusi ilə bu gün, yaşadığımız çətin zamanda bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd əhalinin iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaranmasına, vergi ödəyənlərin çoxalmasına xidmət etməkdir.

“Expressbank” nəinki aztəminatlı ailələrin öz bizneslərini yaratmaq, ümumiyyətlə, bütün kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərinin bizneslərini inkişaf etdirmələri istiqamətində uğur qazanmaları üçün çalışır və hər zaman dəstək göstərir.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur.

Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri