16 
İyl
2020
10:10
19
96
2920
Virtual karabakh

“SpaceMax™” ilə təchiz edilmiş “Samsung” soyuducuları - Karantin şəraitinin əvəz olunmaz köməkçisi

16 İyl, 2020
10:10
2920

“SpaceMax™” ilə təchiz edilmiş “Samsung” soyuducuları - Karantin şəraitinin əvəz olunmaz köməkçisi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu çətin günlərdə tutumlu soyuducunun əhəmiyyətini daha yaxşı anlayırsan, belə ki, karantin şəraitində hətta marketlərə belə getməyə çəkinirik. Adi bir mətbəx cihazı kimi gördüyümüz soyuducu indi özümüzü COVID-19-dan qorumaq üçün vasitəyə dönüb, belə ki, ödəniş kassalarında uzun növbədə dayanmaq yoluxma ehtimalını əhəmiyyətli dərəcədə artır. Bu səbəbdən “Samsung”un istehsal etdiyi geniş, 617 litr həcmli soyuducu seriyasını sizlərə təqdim edirik.

Cihazın əsas üstünlüklərindən biri bənzərsiz “SpaceMax™” texnologiyası sayəsində “Samsung”un tutumun qabaritlərdən asılı olmadığını sübut etməsidir. Beləliklə, yeni texnologiya, soyuducunun divar qalınlığını azaltmaqla saxlama həcmini artırmağa imkan yaradır. İstehsalçı, divarların incəliyini, korpusun istilikkeçirmə qabiliyyətini azaldan keyfiyyətli istilik izolyasiyası ilə təmin edib.  Bu səbəbdən, “SpaceMax™” texnologiyası ilə təchiz edilmiş soyuducularda məhsulların rahat yerləşdririlməsi üçün xarici ölçülərin dəyişməz qalması şərtilə saxlama həcmi artırılıb.

Əlavə olaraq, qeyd etmək lazımdır ki, yeni texnologiya ilə təchiz edilmiş bütün “Samsung” soyuducuları rəqəmsal kompressor üzərindən işləyir. Digital Inverter səssiz işləyərək, axarlı şəkildə yeddi soyutma səviyyəsi üzrə gücü tənzimləyir və bu səbəbdən “Samsung” soyuducularının qeyd olunan proseslər zamanı “sakit” tərzdə işləməsi təmin edilir.

İşləmə sürətinə muxtar şəkildə nəzarət edilməsi kompressor hissələrin köhnəlməsini azaltmağa və soyuducunun ömrünü uzatmağa kömək edir, həmçinin belə olduğu halda, enerji sərfiyyatına da qənaət edilir.

Bundan əlavə, “SpaceMax™” texnologiyasını dəstəkləyən “Samsung” soyuducuları su və buz dispenseri ilə də təchiz olunub. İndi isti yay günlərində evdən çıxmadan belə soyuq içkilərdən asanlıqla həzz ala bilərsiniz. Sözügedən dispenser soyuducu qapısını açmadan sərin sudan və ya buzdan istifadə etmənizi təmin edir. Ən əsası isə odur ki, sözügedən soyuducular su təchizatı tələb etmədən, istənilən yerdə quraşdırıla bilinir. Qeyd edilən su dispenseri, tutumlu su rezervuarı ilə yanaşı, həm də kompakt buz generatoruna sahibdir. Əminik ki, bu yenilik də ürəyinizcə olacaq, belə ki, sözügedən “Samsung” soyuducularının konstruksiyasına avtomatik buz generatoru da əlavə edilib. Soyuducu daxilində az yer tutan bu generator buzu avtomatik tədarük edərək, istifadəyə hazır şəkildə saxlayır.

Əlavə olaraq, istədiyiniz zaman təzə tərəvəz və meyvələrdən istifadə etməyiniz üçün istehsalçı soyuducunun dizaynını xüsusi saxlama çəkməcəsi ilə təkmilləşdirib. Sözügedən bu rəf geniş tutuma sahib olduğunundan, bazarlıq məqsədilə mağazaya gediş sayını azaltmağa imkan verir. Ayrıca, bu qutu çox böyük olduğundan, ehtiyac duyduğunuz məhsulu istədiyiniz zaman asanlıqla tapa bilməyinizi təmin edir. Soyuducuda quraşdırılmış xüsusi filtr isə saxlama kamerasında olan kənar qoxuları aradan qaldırmaqla yanaşı, həm də məhsulların təbii ətrini qorumağa kömək edir. Belə ki, burada quraşdırılmış dezodorasiya filtri hava axınını kömür süzgəclərə yönəldərək, saxlama kamerasını kənar qoxulardan azad edir.

Bütün bu üstünlükləri ilə yanaşı, “SpaceMax™” texnologiyası ilə təchiz olunmuş “Samsung” soyuducuları həm də qüsursuz görünüşə malikdir. Minimalizm üslubunda hazırlanmış, müasir görünüşlü bu soyuducular istənilən mətbəxi bəzəyərək, hər bir interyerə mükəmməl şəkildə uyğunlaşmaq qabiliyyətinə malikdir. Beləliklə, hamar tutacaqlı qapılar, “metal” səth və müxtəlif rənglərin mövcudluğu soyuducunu bəzək elementinə çevirərək, cihaza əlavə zəriflik qatır.

“SpaceMax™” texnologiyalı “Samsung” soyuducuları haqqında əlavə məlumatlar “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton” və “Optimal” mağazalarında əldə edilə bilər.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri