22 
İyl
2020
10:15
15
101
3139
Virtual karabakh

“Xalq Bank” birinci yarımilin nəticələrini açıqladı

22 İyl, 2020
10:15
3139

“Xalq Bank” birinci yarımilin nəticələrini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin II rübünün yekunlarına əsasən, ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq Bank”ın aktivləri 2 168.97 milyon manat təşkil edib. Cari ilin 1 iyul tarixinə Bankın cəmi kapitalı ötən ilin analoji dövrünə nisbətdə 7.43 faiz artaraq, 428.90 milyon manata çatdırılıb.

Bankın kredit portfelinin həcmi 2019-cu ilin analoji dövrünün sonu ilə müqayisədə 2.83 faiz artaraq 1 565.77 milyon manata çatıb, müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi isə ötən ilin müvafiq dövrünün yekunu ilə müqayisədə 2.96 faiz artaraq, 1 430.99 milyon manat təşkil edib.

Bankın xalis faiz gəlirləri ötən ilin müvafiq dövrünün nəticələri ilə müqayisədə 6.46 faiz artaraq, 40.79 milyon manat təşkil edib, əməliyyat mənfəəti 31.91 faiz artım sayəsində 31.14 milyon manata çatıb. Bank I yarımili 17.18 milyon manat xalis mənfəətlə başa vurub, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 9.67 faiz artıb.

Maliyyə-təsərrüfat fəaliyyətinin cari ilin altı ayının nəticələri “Xalq Bank”ın ölkənin maliyyə sektorunun lider banklardan biri olduğunu bir daha təsdiqləyir və Bankın mövqelərinin daha da möhkəmliyini söyləməyə əsas verir. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri