Avq
2020
11:00
90
146
28055
Virtual karabakh

“Bravo”da “Mastercard”la ödə, yeni “Lexus”la get - FOTO

4 Avq, 2020
11:00
28055

“Bravo”da “Mastercard”la ödə, yeni “Lexus”la get - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yarım ilin sonunda mükafat öz şanslı sahibini tapıb.

“Mastercard” və “Bravo” "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində 2020-ci ilin əvvəlində başlayan bir illik lotereya kampaniyasının iki lüks avtomobilindən biri öz şanslı qalibinə çatıb.

Kampaniyanın şərtlərinə əsasən, Azərbaycanda hazırlanmış “Mastercard” və ya “Maestro” kartı olan və bu kartlarla alış-veriş edən hər bir “Bravo” müştərisi aylıq lotereyada iştirak etmək şansı qazanır və nağdsız ödənişlər zamanı eyni şansı onqat artır. Kampaniya başlayandan bəri kart əməliyyatlarında 40%, təmassız əməliyyatlarda isə 70% artım qeydə alınıb.

“Mastercard” və “Bravo” tərəfindən başladılan kampaniya nağdsız ödənişlərin sayının yüksəlməsi və hökumətin daha şəffaf, güclü Azərbaycan iqtisadiyyatı üçün elektron ödənişlərin artırılması səylərini dəstəkləmək məqsədi daşıyırdı.

Kampaniya ilin sonuna qədər bütün “Bravo” mağazalarında keçərli olacaq. Hədiyyə qazanmaq üçün ən azı bir dəfə “Mastercard” kartı ilə ödəniş etmək lazımdır. Bununla da, lüks “Lexus” avtomobili və 20 ədəd son model “iPhone” qazanmaq şansını əldə etmək olar. Kontaktsız ödənişə üstünlük verən istehlakçılar hər əməliyyatda onqat daha çox şans qazanırlar.

“Nağdsız ödənişlərin faydası göz önündədir. Tez, sadə və təhlükəsizdir. “Mastercard” ölkənin daha şəffaf və güclü iqtisadiyyatı naminə nağdsız cəmiyyətə dəstək vermək üçün rəqəmsal ödənişləri artırmaq məqsədi daşıyan “Nağdsız Azərbaycan” layihəsində Azərbaycan hökumətini dəstəkləməkdən qürur duyur,” – deyə, “Mastercard”ın Azərbaycan üzrə Ölkə Meneceri Ərdəm Çakar qeyd edib.

“Mastercard” ilə əməkdaşlıq etməkdən məmnunuq. Kart ödənişləri alış-veriş etmək və müştərilərimizə böyük hədiyyələrlə mükafatlandırılma şansını təqdim etmək üçün təhlükəsiz və rahat bir yoldur. Bütün qalibləri təbrik edirəm”, - deyə, “Bravo” Marketlər şəbəkəsinin Pərakəndə Satış Direktoru Kevin Landi bildirib.

Qaliblər və lotereya haqqında daha ətraflı buradan öyrənə bilərsiniz:

www.bravomastercardlottery.com. 

Lotereya 21 yanvar 2021-ci il tarixinədək davam edəcək. 

Masterсard” ödəniş sənayesində fəaliyyət göstərən qlobal texnologiya şirkətidir. Bizim missiyamız tranzaksiyaları daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyat yaratmaq və onu gücləndirməkdir. Təhlükəsiz məlumatlar, şəbəkələr və tərəfdaşlıqlardan istifadə edərək bizim innovasiya və həllərimiz fərdlərə, maliyyə institutlarına, hökümətlərə və şirkətlərə özlərinin ən böyük potensialını reallaşdırmaqda kömək edir. “Bizim nizam-intizam əmsalımız bizim mədəniyyətimizə və şirkət daxilində və xaricində gördüyümüz hər bir işə stimul verir. Biz 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla biz hər kəs üçün qiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq”, - deyə, şirkətdən bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri