Avq
2020
19:26
151
421
5091
Virtual karabakh

AZAL Çinin aparıcı həkimlərini Bakıya çatdırdı

4 Avq, 2020
19:26
5091

AZAL Çinin aparıcı həkimlərini Bakıya çatdırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AZAL avqustun 4-də mühüm uçuş icra edərək ölkədə koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə ölkəyə Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yük çatdırıb.

Oxu.Az xəbər verir ki, 10 nəfərdən ibarət aparıcı çinli mütəxəssislərdən ibarət qrup AZAL-ın xüsusi reysi ilə Bakıya gəlib.

Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması məqsədi ilə azərbaycanlı həmkarları ilə birgə çalışacaqlar.

AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr də Azərbaycanın paytaxtına çatdırılıb.

“Azərbaycan Hava Yolları”nın Çendu şəhərindən (Çinin cənub-qərbindəki Sıçuan əyalətinin paytaxtı) Bakıya birbaşa uçuşu yeddi saatdan çox davam edib.

Reys Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri