17 
Avq
2020
14:41
52
107
5513
Virtual karabakh

AZAL: “Oktyabrın 25-dək olan biletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər”

17 Avq, 2020
14:41
5513

AZAL: “Oktyabrın 25-dək olan biletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin 25 oktyabradək uçuş dövrünü əhatə edən aviabiletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər.

AZAL-dan verilən məlumata görə, açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır:

“Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul-sənəd təklif edirik.

Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür”.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri