26 
Avq
2020
10:00
61
98
6088
Virtual karabakh

Mükəmməl formalı simsiz qulaqlıq: “Galaxy Buds Live” - FOTO

26 Avq, 2020
10:00
6088

Mükəmməl formalı simsiz qulaqlıq: “Galaxy Buds Live” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət öncə təqdim olunan “Galaxy Buds Live” simsiz qulaqlıqlarının ərsəyə gətirilməsi “Samsung”dan inanılmaz cəhdlər tələb edib. Belə ki, “mükəmməl” qulaqlığın hazırlanması çətin bir proses olub, mühəndis və dizaynerlərin qarşısında bir sıra mürəkkəb vəzifələr qoyub, buna misal olaraq, əsas məqsəd gün ərzində istifadəsi rahat olacaq unikal bir formalı cihazın yaradılması idi.

Nəticədə, bu məqsədə çatmaq üçün 80 “sadə prototip” (kiçik hissələri olmayan nümunələr) və 320 maket sınaqdan keçirilib. Əlavə olaraq, arzuolunan nəticənin əldə edilməsi üçün təcrübəyə 2000 könüllü cəlb edilib.

Tərtibatçılar qeyd edirlər ki, iştirakçıların əksəriyyətinin qulaqlıq istifadəsindən razı qalması faktı vacib məqam olduğundan sınaqların ən çətin hissəsi rahatlıq standartlarının təyin edilməsi olub.

Beləliklə, “Galaxy Buds Live” “lobyaya” bənzər formada ərsəyə gətirilib. Qulağın anatomik quruluşunu təkrarlayan açıq tipli bu qulaqlıqlar uzun müddət istifadə zamanı belə rahatlığınızı təmin edir.

Formasından əlavə, mühəndislər aksesuarın “tərkibinə” də diqqət yetiriblər. Kənar səsləri effektiv şəkildə aradan qaldıran aktiv səs boğucu texnologiyası (ANC) ilə təchiz olunmuş qulaqlıqlar, səs-küylü yerlərdə belə əlavə maneə olmadan musiqi sədalarından zövq almağa imkan yaradır. “Underwriters Laboratories” şirkətinin təqdim etdiyi məlumata görə, “Galaxy Buds Live”ın səsboğucu sistemi kənar səsləri 97 faiz aradan qaldırır.

“Galaxy Buds Live” zəngin və aydın səs ötürülməsinin təmin edilməsi məqsədilə hava axınının xaric edilməsi üçün bas kanalı ilə təchiz edilmiş geniş 12 mm dinamikə sahibdir. Qeyd etmək lazımdır ki, burada “səslənmə” AKG standartları ilə dəstəklənir.

Bundan əlavə, hər qulaqlıq üç mikrofon və sümük keçirici sensor ilə təchiz edilib. Bəs sümük keçirici sensor nə deməkdir? Ən yüksək keyfiyyətli səs ötürülməsini təmin etmək üçün, adaptiv sistem çənə hərəkətlərini təqib edərək, zəng zamanı sümük titrəmələrini səs siqnalına çevirir.

Beləliklə, həmsöhbətiniz ətraf səs-küyün səviyyəsindən asılı olmayaraq, hər zaman səsinizi aydın eşidəcək.

Həmçinin, “Swift Pair” funksiyası sayəsində qulaqlıqlar “Windows” sistemi üzərindən işləyən kompüterlərə və noutbuklara dərhal qoşulur və “Android” cihazları ilə mükəmməl işləyir. Burada həm də “Samsung” istehsalı olan ən son cihazlarda təqdim olunduğu kimi, iOS ilə işləmə dəstəklənir, bunun üçün sadəcə “Galaxy Buds Live” tətbiqini quraşdırmaq yetərlidir.

“Galaxy Buds Live”in işləmə vaxtı (səs boğucu aktiv olduğu alda) altı saat, saxlama keysini istifadə etdikdə isə əlavə olaraq 21 saat təşkil edir.

Qeyd edilən futlyarın ərsəyə gətirilməsi üçün 30 prototip istifadə olunub. Belə ki, “Samsung” komandası keysin ideal ölçüsünü və formasını müəyyənləşdirərək, onun asanlıqla cibinizə və ovcunuza yerləşməsi üçün kiçik bir formatda tərtib ediblər.

Xatırladaq ki, hazırda xüsusi aksiya davam edir. Belə ki, avqust ayının 6-dan 26-dək “Galaxy Note 20 Ultra” və ya “Galaxy Note20” smartfonlarını əvvəlcədən sifariş etməklə, “Galaxy Buds Live”ı hədiyyə olaraq qazanmaq şansı əldə edirsiniz (hədiyyəlik məhsulun rəngi dəyişə bilər). Xüsusi təklifdən yararlanmağa tələsin!

Galaxy Buds Live  haqqında ətraflı məlumatı “Baku Electronics”, “Irşad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton”, “Optimal” və “World-Telecom” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri