Sen
2020
10:30
72
127
9767
Virtual karabakh

Qafqazın ən böyük elektronika və mebel mağazası təqdim olundu - AÇILIŞA ÖZƏL 50 FAİZƏDƏK ENDİRİMLƏR

8 Sen, 2020
10:30
9767

Qafqazın ən böyük elektronika və mebel mağazası təqdim olundu - AÇILIŞA ÖZƏL 50 FAİZƏDƏK ENDİRİMLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin lider riteyl şəbəkələrindən olan “Kontakt Home” Bakıda Ukrayna dairəsi və Sumqayıtda 10-cu mikrorayon ünvanlarında iki nəhəng mağazasını təqdim edib. Müvafiq olaraq 4000 kvadrat metr və 4900 kvadrat metr sahəyə malik mağazalar nəinki Azərbaycanın, ümumilikdə Qafqaz regionunun ən böyük elektronika və mebel mağazalarıdır.

Axtardığınız hər şey bir mağazada

3000-dən yuxarı fərqli çeşidə malik mağazalarda hər müştərinin zövqünü oxşayacaq məhsul var. Hər biri üç mərtəbədən ibarət mağazaların birinci mərtəbəsində rəqəmsal texnikanın, böyük və kiçik məişət texnikasının, qab-qacaq çeşidlərinin, velosiped, skuter, seqvey və digər nəqliyyat vasitələrinin, ikinci mərtəbəsində qonaq, yataq və yumşaq mebellərin, ev aksessuarlarının geniş çeşidi təqdim olunub. Başqa sözlə, mənfi birinci mərtəbədə isə yaxın gələcəkdə “Outlet” bölməsi fəaliyyət göstərəcək.

30-dan çox dünya brendinin böyük məhsul çeşidi ilə müştərilərin zövqünü oxşamağa çalışan “Kontakt Home” hər kəsə istədiyi məhsulu bir məkanda tapmaq imkanı yaradır.

Alış-veriş əsl əyləncəyə çevriləcək 

“Kontakt Home” müştərilərin rahatlığı və əyləncəsi üçün hər şey düşüb. Heç kəs bu mağazalarda sıxılmayacaq. “Samsung” zonasında siz brendin kiçik dünyasına düşəcəksiniz. Öz qəhvənizi dəmləyib zonanı gəzə, “Samsung”un ən son və flaqman modellərini canlı test edə bilərsiniz. Bu mağazalarda “Samsung”un “Air Dresser” və “Twin Cooling” kimi eksklüziv məhsullarını da tapmaq mümkündür. “Apple”ın rəsmi satış mərkəzi olan “Kontakt Home” məhz bu mağazalarda “Apple” məhsulları üçün xüsusi guşə ayırıb. Gəlin və “Alma”nın dadına məhz bu mağazalarda baxın. Qəhvə ətirli “Delongi” zonası, smart konseptli “Mi” zonası və digər brend zonalar mütləq diqqətinizi çəkəcək.

“Kontakt Home” mağazaya övladları ilə gələn müştəriləri də unutmayıb. Yeni açılan mağazalarda Uşaq zonası da fəaliyyət göstərir. Burada balacalar əyləşərək planşetdə sevdikləri oyunları oynaya və cizgi filmlərini izləyə bilər.

Bu mağazaların digər özəlliyi də mövcud olan Oyun zonasıdır. Burada mağaza ziyarətçiləri ən populyar video-oyunları oynayaraq əyləncəli vaxt keçirə bilərlər.

“Kontakt Home”un digər mağazaları kimi, bu mağazalar da müştərilər üçün çox uyğun zonalarda yerləşir: “Ukrayna dairəsi” mağazası Bakı şəhəri, Xətai r-nu, Məhəmməd Hadi küçəsi ev 2372 (Ukrayna dairəsinin yaxınlığında), “10-cu mikrorayon” mağazası isə Sumqayıt şəhəri, 10-cu mikrorayon (Keçmiş Qədili ticarət mərkəzi) ünvanında yerləşir.

Açılışa özəl 50%-dək endirimlər, çox sərfəli hissəli alış şərtləri

Məhz Ukrayna dairəsi və Sumqayıt 10-cu mikrorayonda yerləşən mağazaların müştərilərini açılışa özəl xüsusi təkliflər gözləyir. Nağd alışda 50%-dək endirimlərdən, yaxud ilkin ödənişsiz, 18 ayadək faizsiz hissə-hissə ödəniş şərtlərindən yararlanmaq üçün sentyabrın 13-dək bu mağazalara gəlin.

Belə ki, açılış münasibətilə:

- Bütün telefonları ilkin ödənişsiz və 12 ay faizsiz;

- Bütün televizorları və məişət texnikasını ilkin ödənişsiz və 18 ay faizsiz;

- Bütün mebelləri isə ilkin ödənişsiz və 24 ay faizsiz hissə-hissə ödənişlə əldə edə bilərsiniz.

Əlavə olaraq, yalnız sentyabrın 13-dək hər növ məhsulu 50%-dək endirimlə əldə etmək imkanınız var.

Sizə ən yaxın “Kontakt home” mağazasını buradan tapa bilərsiniz. Bütün kampaniya, müsabiqə və endirimlərdən xəbərdar olmaq üçün “Kontakt Home”u “Instagramda izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran suallara cavab alın.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri