15 
Sen
2020
12:50
23
104
1965
Virtual karabakh

Vətəndaşlar güzəştli mənzillərin kreditləşməsini “Bank BTB”yə etibar edir

15 Sen, 2020
12:50
1965

Vətəndaşlar güzəştli mənzillərin kreditləşməsini “Bank BTB”yə etibar edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bank BTB” Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin güzəştli şərtlərlə kreditləşməsini həyata keçirməyə davam edir.

Qeyd edək ki, 10 sentyabr tarixində Hövsan Yaşayış Kompleksində 502 mənzilin satışı baş tutub. Müasir metodları tətbiq edən “Bank BTB” güzəştli ipoteka kreditlərinin verilməsini təkmilləşdirərək müştəri məmnunluğunu təmin etməkdə davam edir.

Belə ki, “Bank BTB” sürətli sənədləşmə prosesinin aparılması məqsədilə xidmət nöqtələrinin sayını səkkizə çatdırıb. Həmçinin, Bank sənədləşmə prosesini sürətləndirərək kreditləri bir günə rəsmiləşdirir. Beləcə, vətəndaşlar özlərinə yaxın olan filialı seçməklə əlavə vaxt itkisi olmadan sənədləşmə üçün müraciət edə bilərlər. Bunlara Azadlıq filialı, Promo filialı, H.Aslanov filialı, Sənaye filialı, Sahil filialı, Gənclik filialı, 28 May filialı və Əcəmi filialı aiddir. Ünvanlarla qeyd olunan link vasitəsilə tanış ola bilərsiniz: https://www.btb.az/az/officees

Bununla yanaşı, Mida mənzillərinin əldə olunması ilə hər hansı sualı olan vətəndaşlar onlayn müraciət kanallarımız olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) kanallarına, 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946)  nömrəsinə, həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytımızda onlayn konsultanta həftəiçi beş gün müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri