29 
Sen
2020
16:10
1877
86
11740
Virtual karabakh

“Kontakt Home” cəbhəyə yollanan hər bir əməkdaşın ailəsinə 500 manat yardım ayırdı

29 Sen, 2020
16:10
11740

“Kontakt Home” cəbhəyə yollanan hər bir əməkdaşın ailəsinə 500 manat yardım ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin ən böyük riteyl şəbəkələrindən olan “Kontakt Home” səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış hər bir əməkdaşının iş yerlərini və əməkhaqlarını tam saxlamaqla bərabər, onların ailə üzvlərinə 500 manat məbləğində birdəfəlik yardım ayırıb.

Şirkət indiyədək və bundan sonra da hərbi təlimlərə cəlb olunan bütün əməkdaşların hərbi çağırışda olduğu müddətdə iş yerlərini saxlayacaq və əmək haqlarını 100 faiz ödəməyə davam edəcək. Hazırda ölkə vətəndaşları kimi şirkətin əməkdaşları da xüsusi toplanışlara çağırılır.

“Kontakt Home”un əsas kapitalı dəyərli əməkdaşlarımızdır. Odur ki, şirkət rəhbərliyi indi və hər zaman əməkdaşlarının yanındadır”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, “Kontakt Home” Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şirkət cəbhə bölgəsində yarana biləcək qan ehtiyacını nəzərə alaraq, ölkədə olan qan rezervlərinin artırılması məqsədilə əməkdaşlarını Mərkəzi Qan Bankında könüllü qan vermə aksiyasına cəlb edir.

Şirkət, həmçinin, Qarabağın Azərbaycan ərazisinin ayrılmaz parçası olduğunu və bu mövzuda hər bir vətəndaşla həmrəy olduğunu bildirmək məqsədilə müştərilərə təqdim etdiyi qəbzlərin hər birində “Karabakh is Azerbaijan. 20% of my territory is occupied by Armenia” (Qarabağ Azərbaycandır. Ərazimizin 20 faizi Ermənistan tərəfindən işğal olunub) yazısı əks etdirib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri