30 
Sen
2020
20:30
2001
68
7090
Virtual karabakh

“İrşad Electronics” döyüşən və səfərbər olan müştərilərin kreditlərini dondurdu

30 Sen, 2020
20:30
7090

“İrşad Electronics” döyüşən və səfərbər olan müştərilərin kreditlərini dondurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad Electronics” Qarabağ uğrunda döyüşlərdə iştirak edən hərbçilərin ailələrinə dəstək olmaq naminə müxtəlif tədbirlər reallaşdırmağa davam edir.

Şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini dondurdu. Qələbəyə yaxınlaşdığımız hər addımda döyüşçülərimizin gözü arxada qalmasın deyə, şirkət dəstək üçün mütəmadi addımlar atır.

Xatırladaq ki, ötən gün ordumuza dəstək olmaq məqsədi ilə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat köçürüb. Şirkət qələbə uğrunda gedən döyüşlərdə orduya qoşulan öz əməkdaşları da daxil olmaqla bütün hərbçilərə sağ-salamat, şad xəbərlə qayıtmalarını arzulayır.

Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən “İrşad Electronics” müştərilərə məhsul çeşidi təklifini və xidmət səviyyəsini artırmaq məqsədilə portfelində olan brendlərin, məhsul modellərinin sayını genişləndirib. Hazırda şirkətin Azərbaycanda 33 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 22-i Bakıda, 1-i Masazırda, 1-i Xırdalanda, digərləri isə regionlarda yerləşir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri