Okt
2020
14:02
1334
50
5939
Virtual karabakh

“Nar” cəbhə bölgəsində olan abunəçilərinin balansına 100 dəqiqə və 100 SMS yükləyib

6 Okt, 2020
14:02
5939

“Nar” cəbhə bölgəsində olan abunəçilərinin balansına 100 dəqiqə və 100 SMS yükləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nar” cəbhə xətti ilə sərhəddə olan abunəçilərini pulsuz danışıq dəqiqəsi ilə təmin edib. Mobil operator sentyabrın 27-dən etibarən gərgin döyüşlərin getdiyi cəbhəyanı ərazilərdə olan bütün abunəçilərinin balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib. Məqsəd, torpaqlarımızın azadlığı uğrunda gedən gərgin hərbi əməliyyatlar dövründə təmas xəttindəki vətəndaşları kəsintisiz rabitə ilə təmin etməkdir. 

Qeyd edək ki, “Nar” Azərbaycan xalqının ruh yüksəkliyinə dəstək məqsədilə, bütün sosial media kanallarında “Nar” loqosunun rəngini Azərbaycan bayrağı ilə əvəz edib. Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində bu döyüşü qələbə ilə başa vuracağımıza, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inanırıq. Qələbə bizimdir! 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri