22 
Okt
2020
10:15
1055
21
6579
Virtual karabakh

“C-Catering Ltd” Azərbaycan Ordusunun təminatı üçün 20 ton mal əti verib

22 Okt, 2020
10:15
6579

“C-Catering Ltd” Azərbaycan Ordusunun təminatı üçün 20 ton mal əti verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“C-Catering Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialı şanlı Azərbaycan əsgərinin təminatını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə 20 ton mal əti təhvil verib.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri erməni işğalçılarına qarşı qəhrəmancasına savaşdığı və torpaqlarımızı azad etdiyi bir dövrdə, hər bir vətəndaşın borcu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətənimizi yağı düşmənlərdən azad edən rəşadətli oğullarımızla birlikdə şanlı Qələbəni yaxınlaşdırmaqdır!

2010-cu ildə təsis edilmiş C-Catering Ltd şirkətinin Azərbaycan Respublikasındakı filialı Xəzər dənizində “Caspian Drilling Company”nın “Heydər Əliyev”, “İstiqlal” və “Dədə Qorqud” qazma qurğularında, eləcə də dənizdə və quruda neft layihələri üzrə çalışan SOCAR-ın podratçıları və partnyor şirkətləri üçün uzun illər ərzində keyterinq üzrə yüksək keyfiyyətli xidmətlər həyata keçirir. Şirkət həmçinin, Azərbaycanda infrastruktur layihələrinin təmin olunmasında da iştirak edir.

Filialımızın əməkdaşları könüllü olaraq ordu sıralarına qoşularaq əllərində silahla Azərbaycanın ərazi bütövlüyünü bərpa edirlər.

Bununla yanaşı bu tarixi günlərdə direktor İsaak Oudşorn, əməliyyat üzrə menecer Fəxri Eyvazov və kommersiya məsələləri üzrə menecer Nigar Axundovanın rəhbərliyi ilə təmsil olunan filialımız Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təminatını gücləndirmək üçün 20 ton mal əti alıb təhvil verib.

Qələbə bizimlədir! Eşq olsun Azərbaycan Əsgərinə! Eşq olsun Silahlı Qüvvələrin Ali Baş Komandanına! Eşq olsun Azərbaycana! Qarabağ Azərbaycandır!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri