24 
Okt
2020
14:36
929
16
4680
Virtual karabakh

“Aqro-vest DC” ordumuza dəstəyi davam etdirir

24 Okt, 2020
14:36
4680

“Aqro-vest DC” ordumuza dəstəyi davam etdirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aqro-vest DC” MMC ordumuza dəstək aksiyasına qoşulub.

Əks-hücum əməliyyatlarına start veriləndən bu günə kimə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının birliyinə bir daha şahid olur. Bu gün xalqımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib bu şərəfli döyüşdə ədalətin zəfər qazanması üçün səfərbər olub!

“Aqro-vest DC” MMC şirkəti öz növbəsində əks hücum əməliyyatları başlayan ilk günlərdən ordumuza həmrəylik məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmiş, bundan başqa şəxsi heyət üçün müxtəlif geyim, tütün və şəxsi gigiyena vasitələri ilə təmin etmişdir.

Bu gün şirkət dəstəyinin davamı olaraq, şəxsi heyət üçün 41241,64 manat dəyərində, 113362 ədəd müxtəlif növ sabunlardan ibarət partiyanı təqdim etmişdir.

“Aqro-vest DC” MMC-nin rəhbərliyi: “Əvvəlcədən də bildirdiyimiz kimi biz daimi olaraq imkanlarımızı və ehtiyacları dəyərləndirib dəstəyimizi davam etdirəcəyik! Bu bizim borcumuzdur! Şirkətimiz hər zaman olduğu kimi Ali Baş Komandanın daha güclü Azərbaycan amalına sadiqliklə fəaliyyətini davam etdirir!

Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!”

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri