30 
Noy
2020
10:39
93
35
2315
Virtual karabakh

“Expressbank” “Zəfər günləri” kredit kampaniyasına start verdi

30 Noy, 2020
10:39
2315

“Expressbank” “Zəfər günləri” kredit kampaniyasına start verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İllərdir arzusunda olduğumuz qələbə artıq xalqımız üçün xəyal deyil, gerçəkdir. Bu il xalqımızın hər bir vətəndaşının ən əsas arzusu olan Qarabağ azad edildi. İndi isə başqa arzularınızı həyata keçirməyin əsl zamanıdır. 

“Zəfər günləri” kredit kampaniyası çərçivəsində “Expressbank” müştərilərinə müddətdən asılı olmayaraq, 15.5 faizdən başlayaraq 30 min manatadək nağd pul kreditini indi əldə edərək 36 ayadək ödəməyi təklif edir. 

Rəsmi gəliri olan hər bir şəxs dekabr ayının son iş gününədək banka müraciət edərək, kampaniyadan yararlana bilər. 

Müştərilərinin sağlamlığını düşünərək, “Expressbank”  kredit sifarişlərini onlayn etməyi tövsiyə edir. Bu, müştərilərə banka yaxınlaşan zaman növbə gözləmədən kredit rəsmiləşdirilməsini daha rahat və sürətli  həyata keçirmək imkanı verir. Krediti http://www.exb.az/loans/cash/  linkinə keçid alaraq sifariş edə bilərsiniz. 

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri